Azərbaycanın tanınmış polkovniki qəfil vəfat etdi - FOTO
27 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
417
31.03.2024, 17:07
Son zamanlar estetik əməliyyatla üzündə, bədənində dəyişiklik edənlərin sayı artıb. Əvvəllər tanınmış şəxslərin istifadə etdiyi üsuldan indi sıradan insanlar da yararlanaraq gözəl görünməyə çalışırlar. Bunların içərisində ən geniş yayılanı isə burun əməliyyatıdır.
Burnun görünüşünə müdaxilə iki üsulla, cərrahi əməliyyat və dolğular vasitəsilə həyata keçirilir. Estetik əməliyyat ömürlük olsa da, gel və dolğulardan istifadə edərək burunda olan nöqsanları aradan qaldırmaq müvəqqətidir.
Əməliyyata maddi gücü çatmayanlar kosmetoloqların köməyi ilə təbii və süni dolğulardan istifadə edərək burunlarının görkəmini dəyişirlər. Bu isə sonradan müəyyən fəsadlara yol açır. Bəziləri dolğuların onların dərisində, gözündə müəyyən problem yaratdıqlarını qeyd edirlər.
Sosial şəbəkədə burun dolğusu və onun yaratdığı fəsadlarla bağlı xeyli sayda şikayət mövcuddur.
Məsələ ilə bağlı Bizim.media-ya danışan dermatoloq Sevinc Kərimova deyib ki, dolğulardan qeyri-peşəkar kosmetoloqlar istifadə etdikdə müəyyən fəsadlar yaranır:
"Müasir kosmetologiya dünyanın hər yerində müvəffəqiyyətlə tətbiq olunur. Burun şəkilləndirməsi də filler adlandırdığımız hialuron turşusu tərkibli dolğular vasitəsilə edilir. Düzgün istifadə olunduqda elə bir zərəri yoxdur. Məsələ burasındadır ki, sosial şəbəkələrdə paylaşılanların hamısı həkimlər tərəfindənmi edilir?! Bizim ölkəmizdə kosmetologiya sahəsini 80 faiz tibbi savadı olmayan, ümumiyyətlə, ali təhsili olmayanlar zəbt ediblər. Hansı ki, onlar da çox riskli prosedurlar edirlər".
Həkim bildirib ki, dolğuları düzgün istifadə etmədikdə, damar daxilinə düşəndə emboliya verir:
"Yəni embollar damarın kanalını tutur, nəticə etibarı ilə işemiyaya qədər aparıb çıxaran fəsadlar olur. Amma bu normal şəkildə, peşəkar həkim tərəfindən edilərsə, narahatlıq yoxdur. Burnun ölçü və formasına görə kompleks yaşayan insanlar, həmçinin, fizioloji olaraq əməliyyatdan qorxanlar, maddi cəhətdən əməliyyata gücü çatmayanlar bundan niyə də istifadə etməsinlər? Hər halda kosmetologiya insanların gözəlliyinə gözəllik qatır".
23:40 / 27 Noyabr 2026
7
23:40 / 27 Noyabr 2026
33
23:35 / 27 Noyabr 2026
48
23:32 / 27 Noyabr 2026
133
23:28 / 27 Noyabr 2026
65
23:27 / 27 Noyabr 2026
63
23:26 / 27 Noyabr 2026
63
23:05 / 27 Noyabr 2026
79
22:56 / 27 Noyabr 2026
79
22:48 / 27 Noyabr 2026
105
22:35 / 27 Noyabr 2026
92
22:22 / 27 Noyabr 2026
129
22:16 / 27 Noyabr 2026
97
22:09 / 27 Noyabr 2026
104
22:08 / 27 Noyabr 2026
136
22:06 / 27 Noyabr 2026
105
22:00 / 27 Noyabr 2026
158
21:59 / 27 Noyabr 2026
174
21:44 / 27 Noyabr 2026
432
21:43 / 27 Noyabr 2026
103
21:36 / 27 Noyabr 2026
113
21:23 / 27 Noyabr 2026
145
21:11 / 27 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.