Hava ilə bağlı AÇIQLAMA
28 Noyabr 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
397
21.02.2024, 15:15
Prezident İlham Əliyev "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.
OXU24.COM bildirir ki, sərəncama əsasən, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
Nazirlər Kabineti qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etməli, qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.
Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.
12:12 / 28 Noyabr 2026
1
12:05 / 28 Noyabr 2026
45
11:50 / 28 Noyabr 2026
71
11:21 / 28 Noyabr 2026
107
11:13 / 28 Noyabr 2026
95
10:46 / 28 Noyabr 2026
162
10:39 / 28 Noyabr 2026
264
10:29 / 28 Noyabr 2026
109
10:25 / 28 Noyabr 2026
248
10:18 / 28 Noyabr 2026
112
10:10 / 28 Noyabr 2026
112
09:37 / 28 Noyabr 2026
399
09:26 / 28 Noyabr 2026
130
09:24 / 28 Noyabr 2026
122
02:18 / 28 Noyabr 2026
239
01:49 / 28 Noyabr 2026
240
01:11 / 28 Noyabr 2026
230
23:59 / 27 Noyabr 2026
250
23:54 / 27 Noyabr 2026
241
23:40 / 27 Noyabr 2026
254
23:40 / 27 Noyabr 2026
240
23:35 / 27 Noyabr 2026
237
23:32 / 27 Noyabr 2026
773
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.