Hava ilə bağlı qərar VERİLDİ
28 Noyabr 2026, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
412
12.02.2024, 12:32
Vəzifə cinayətlərində təqsirli bilinərək şərti cəzaya məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsindəki hökmlə razılaşıb.
OXU24.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, nə eks-nazirin özü, nə vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. 11 il şərti cəza verilən Müslümov bunu özü üçün humanist hökm kimi qəbul edir, həmçinin əmlaklarının müsadirə edilməsinə etiraz etmir. Dövlət ittihamçısının tələbinə uyğun cəza təyin edildiyinə görə hökmdən protest də verilməyib.
Apellyasiya şikayəti vermək üçün müddət başa çatdığı üçün birinci instansiya məhkəməsinin hökmü qanunu qüvvəyə minmiş hesab edilir.
11 il Fond rəhbəri, 5 il nazir işləmiş Müslümov şərti məhkumluğu müddətində ölkədən çıxa bilməz. Bundan başqa, onun müsadirəsinə qərar verilmiş 8 milyonluq əmlakları dövlət nəfinə alınacaq. Bu məsələ aidiyyəti İcra Şöbəsinə həvalə edilib.
Dövlət nəfinə alınacaq əmlakların siyahısını təqdim edirik:
- Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;
- Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;
- Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;
- Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;
- Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;
- Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;
- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri-yaşayış sahəsi.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. İstintaq müddətində dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonu ödənilib.
S. Müslümova 1 ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il sınaq müddəti seçilməklə 11 il şərti cəza verilib.
15:07 / 28 Noyabr 2026
103
14:55 / 28 Noyabr 2026
81
14:38 / 28 Noyabr 2026
142
14:09 / 28 Noyabr 2026
125
13:52 / 28 Noyabr 2026
538
13:22 / 28 Noyabr 2026
849
13:02 / 28 Noyabr 2026
207
12:56 / 28 Noyabr 2026
142
12:43 / 28 Noyabr 2026
381
12:12 / 28 Noyabr 2026
1315
12:05 / 28 Noyabr 2026
146
11:50 / 28 Noyabr 2026
155
11:21 / 28 Noyabr 2026
164
11:13 / 28 Noyabr 2026
146
10:46 / 28 Noyabr 2026
276
10:39 / 28 Noyabr 2026
399
10:29 / 28 Noyabr 2026
161
10:25 / 28 Noyabr 2026
349
10:18 / 28 Noyabr 2026
169
10:10 / 28 Noyabr 2026
164
09:37 / 28 Noyabr 2026
536
09:26 / 28 Noyabr 2026
175
09:24 / 28 Noyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.