Ekspert: "İqlimə həssas tənzimləmələr praktik alətlərə çevrilməlidir"
22 May 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
63
22.05.2026, 12:28
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə hazırlanmış alətlər təhsil prosesində tətbiq olunacaq.
Oxu24.com xəbər verir ki, bunu İspaniyanın Kataloniya Hökumətinin Ərazi, Mənzil və Ekoloji Keçid Departamentində Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elisabet Cirici Amiell Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərindən Mənzillərə" adlı tədbirdə bildirib.
"Şəhərlərlə bağlı ibtidai və orta təhsil səviyyəsində həyata keçirilən təşəbbüslərdə bu alətlərdən istifadə DİM-lərin və dayanıqlı inkişaf prinsiplərinin daha praktik şəkildə izahına imkan yarada bilər", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, Beynəlxalq Memarlar İttifaqının (UIA) hazırladığı alət peşəkarlar arasında ortaq yanaşmanın formalaşdırılmasına və layihələrin daha dayanıqlı hazırlanmasına kömək edir: "Bu alət kommunikasiya və təşviqat baxımından çox faydalıdır. Eyni zamanda layihələrin hazırlanması prosesində onların keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradır. İstifadəçilər alətlə interaktiv formada işləyərək müxtəlif parametrləri dəyişə və layihələrin nəticələrini qiymətləndirə bilirlər. Layihələrin hazırlanması zamanı müəyyən kompromislər olur. Lakin bu alət həmin prosesdə qərarların daha balanslı verilməsinə kömək edir".
14:03 / 22 May 2026
2
14:02 / 22 May 2026
7
13:59 / 22 May 2026
10
13:58 / 22 May 2026
16
13:57 / 22 May 2026
27
13:56 / 22 May 2026
31
13:52 / 22 May 2026
29
13:50 / 22 May 2026
48
13:48 / 22 May 2026
43
13:47 / 22 May 2026
43
13:43 / 22 May 2026
44
13:41 / 22 May 2026
42
13:38 / 22 May 2026
48
13:37 / 22 May 2026
47
13:25 / 22 May 2026
38
13:20 / 22 May 2026
49
13:15 / 22 May 2026
47
13:14 / 22 May 2026
58
13:13 / 22 May 2026
52
13:12 / 22 May 2026
54
13:11 / 22 May 2026
59
13:10 / 22 May 2026
53
13:02 / 22 May 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.