Açıq hava formatında WUF13 Bulvarı yaradıldı
12 May 2026, 18:18
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
163
12.05.2026, 19:13
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.
Oxu24.com xəbər verir ki, monitorinq çərçivəsində mayın 13-də saat 10:00-14:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.
Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixdə səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil olub çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.
WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də uğurla həyata keçirilib.Demokrat.az
20:42 / 12 May 2026
24
20:39 / 12 May 2026
28
20:36 / 12 May 2026
40
20:35 / 12 May 2026
109
20:30 / 12 May 2026
37
20:24 / 12 May 2026
174
20:23 / 12 May 2026
82
20:17 / 12 May 2026
52
20:14 / 12 May 2026
44
20:09 / 12 May 2026
58
19:59 / 12 May 2026
389
19:59 / 12 May 2026
204
19:58 / 12 May 2026
172
19:51 / 12 May 2026
145
19:29 / 12 May 2026
79
19:08 / 12 May 2026
105
18:58 / 12 May 2026
252
18:45 / 12 May 2026
81
18:29 / 12 May 2026
99
18:18 / 12 May 2026
194
18:09 / 12 May 2026
100
17:50 / 12 May 2026
136
17:40 / 12 May 2026
258
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.