Hamıya məlumdur ki, xərçəng xəstəliyi erkən mərhələdə aşkarlandıqda müalicə olana bilər. Buna görə də, xərçəngin əlamətlərini bilmək vacibdir.
Medicina.az bu əlamətləri təqdim edir:
Bir vacib məqam var ki, xərçəng şişi digər orqanlara metastaz vermədən üzə çıxarılıb, müalicə olunduqda müsbət nəticə əldə etmək mümkündür. Birincisi bu zaman tətbiq edilən prosedurlar effektiv olur və xəstənin həyatını xilas etmək şansı artır.
Buna görə də xəstəlikdən vaxtında yaxa qurtarmaq üçün bir neçə məqama diqqət yetirilməlidir.
İlk əvvəl yetkin insan orqanizmində baş verən bütün dəyişikliklərə reaksiya verməlidir. Sağlamlığa qarşı olan laqeyd davranış bir sıra mənfi nəticələrə səbəb ola bilər. Buna görə də, ilk şübhəli əlamət zamanı mütəxəssisə müayinə olunmaq məsləhətdir.
İsrail mütəxəssisləri uzun və sağlam ömür sürmək istəyən hər kəsə aşağıdakı məsləhətlərə əməl etməyə çağırırlar:
1. 40 yaşdan sonra qadınlar və kişilər ümumi qan analizi verərək göstəriciləri yoxlatmalıdırlar. Məsələn, əgər, qanda hemoqlabınin miqdarı normadan aşağı çıxarsa, bu zaman həkim bağırsaq və ya mədə xorasından, bir çox hallarda onkoloji xəstəlikləri diaqnostika edilməlidir.
2. 50 yaşına çatan kişilər hər il prostat vəzinin əllə müayinəsindən və PSA adlanan onkoloji marker testindən keçməlidir.
3. 40 yaşdan yuxarı qadınlar ən az ildə 2 dəfə mammoqrafiyadan keçməli, ginekoloq müayinəsində olmalıdırlar. Bundan əlavə, bu qadınlar uşaqlıq ağzının xərçənginə səbəb olan papilloma virusunu da yoxlatdırmalıdırlar.
4. 50 yaşdan yuxarı kişilər və qadınlar qastroskopiya və kolonoskopiyadan keçməlidirlər. Bu müayinə mədə və bağırsaqlarda olan şiş törəmələrinin vaxtında aşkarlanmasına kömək edəcək.
5. Əgər nəsildə xərçəng xəstələrinin sayı çoxdursa, o zaman genetikə müraciət etməyiniz məsləhətdir. O sizə genetik skrininq müayinəsini təyin edərək probleminizi vaxtında üzə çıxaracaq.
6. Bundan əlavə bədəndə əmələ gələn törəmələri müayinə etmək üçün dermatoloqa getməyiniz də məsləhətdir.
Həmçinin orqanizmin verdiyi siqnallara qarşı da diqqətli olmalısınız. Qəbizlik, nəcisin strukturunun dəyişməsi, qan izləri, qadınların süd vəzilərində yaranan deformasiyalar, xalların böyüməsi kimi əlamətlər ciddi xəstəliklərdən xəbər verə bilər. Buna görə də daha sağlam və uzun ömür yaşamaq üçün həkimə vaxtında müraciət etmək lazımdır!
Oxu24.com
ŞƏRHLƏR