Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9979
az

Qadın "xəstəliyi" zamanı cinsi əlaqəyə girmək olarmı? - Həkim məsləhəti

22:4715 Fevral, 2019
4012
TİBB
  • A
 Qadının ehtiraslı olması estrogen hormonunun səviyyəsindən asılıdır.

 

Bu da o deməkdir ki, menstruasiya siklına əsasən, qadınlarda seks ehtiyacının hansı zamanlarda daha çox olduğunu müəyyən etmək olar.

Hər qadın təxminən 28 gündən bir aybaşı olur. Aybaşı günləri qurtardıqdan sonrakı ilk 5 gündə estrogenin səviyyəsi aşağı düşür. Buna görə də qadınlar partnyorlarının seks istəklərinə mənfi cavab verirlər. 6-cı gündən 12-ci günə kimi estrogenin səviyyəsi artır. Qadınlar bu dövrdə sekslə məşğul olmağa meyilli olurlar. 13-15-ci günlərdə cinsi istək qadında zirvəyə çıxır. Qadınlar o qədər ehtiraslı olurlar ki, həyat yoldaşlarını təəccübləndirməyi bacarırlar. 16-cı gündən 28-ci günə kimi estrogen hormonunun səviyyəsi yenidən aşağı düşür. Yəni, qadın üçün seks arxa planda qalır. Ancaq menstruasiya zamanı qadında ehtiras yenidən pik həddə çatır. Elə problem də buradadır. Çünki bir çox insan belə düşünür ki, menstruasiya dövründə qadın cinsi əlaqəyə girməməlidir.

Həkim-androloq Fərid Məhərov deyir ki, tibb mensturasiya zamanı cinsi əlaqədə olmağa qarşı deyil. Burada hər hansı bir fəsaddan söhbət gedə də bilməz:

"İnsanlarda keçmişdənqalma belə bir fikir formalaşıb ki, mensturasiya zamanı tərəflərdən birində təhlükəli virus varsa, bunun qarşı tərəfə keçmək riski artır. Əslində, belə deyil. Əgər qadında hər hansı infeksiya varsa, bunun mensturasiya ilə heç bir əlaqəsi yoxdur. Yəni kişi adi günlərdə də virusa yoluxacaq. Qadında virus mövcuddursa, kişinin cinsiyyət orqanında "herpes” və ya digər infeksiyalardan törəmiş yaraları, yəni dəri tamlığının pozulması olarsa, mensturasiya zamanı xəstəlik sürətlə keçə bilər. Amma kişinin xanımı sağlamdırsa, istənilən zaman sekslə məşğul ola bilər, hətta mensturasiya dövründə belə. Çünki əksər qadınların mensturasiya zamanı seksual həvəsi çox yüksək olur. Ümumiyyətlə, tibdə hansısa dövrdə sekslə məşğul olub və ya olmamaq qadağası yoxdur”.

Mensturasiya zamanı seksin faydaları

Məlumdur ki, menstruasiya dövrü qadınlar üçün çox çətin keçir. Qadın həm ağrılardan əzab çəkir, həm stress keçirir, həm də köp və baş ağrısı ilə mübarizə aparmalı olur. Bütün bu hallar qadının ətrafındakı insanlara da mənfi təsir edir. Çünki qadınlar əsəblərini ilk növbədə həyat yoldaşlarına, rəfiqələrinə, övladlarına tökürlər. Bu dövrdə ağrıdan xilas olmaq üçün müxtəlif bitki mənşəli çaylar içmək mümkün olsa da, onların təsiri çox az olur. Dərmandan istifadə etmək isə təhlükəlidir. Ancaq sən demə, bütün bu problemlərin asan bir həll yolu var imiş. Elmi tədqiqatların nəticələri göstərir ki, seks aybaşı zamanı qadını bir çox problemdən xilas etməyə qadirdir. Ancaq bu zaman qadının orqazm olması şərtdir, əks təqdirdə seks qadına ağrıdan başqa heç nə verməyə bilər.

1.Seks zamanı qadın orqazm hissini yaşaya bilsə, aybaşı zamanı ağrı və şişkinlik azalacaq.

2.Orqazm zamanı istehsal olunan endorfin hormonu təbii ağrıkəsici və sakitləşdirici effekti verir. Bu da qadının daha az ağrı hiss etməsi, baş ağrısı, əsəb və stressdən xilas olması ilə nəticələnir.

3.Genital bölgədəki şişkinlik hissi (qan ilə dolu olduğu üçün belə hiss yaranır) bəzi qadınların seks zamanı həmişəkindən daha çox zövq almasına səbəb olur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ