Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9836
az

Bədən uyuşmazlığı nədir?

12:5712 Fevral, 2019
1365
TİBB
  • A
 
Mütəxəssislər  cütlərdə bədən uyuşmazlığı, onun  səbəbləri və nəticələri ilə əlaqədar məlumatlar verirlər.
Həyat yoldaşlarının bir birindən birtərəfli və ya qarşılıqlı olaraq digərinin bədənindən həzz almaması və ya  xoşlanmaması vəziyyətinə bədən uyuşmazlığı deyilir.


Bədən uyuşmazlığı yalnız əlaqənin başında yaşanan bir şey deyil, sonradan da meydana gələ bilər.
Vasitəçiliklə baş tutan evliliklərin hələ də olduğu cəmiyyətimizdə ilk gecə belə bu sürprizlə qarşılaşılması mümkündür. Cinsi həyatın sağlam yaşana bilməsinin ilk şərti həyat yoldaşların uyğunlaşmasıdır. Ruhi və fiziki olaraq uyğun olan cütlərin əlaqələri sağlam olar.

Bəs  bədən uyuşmazlığının müalicəsi varmı?

Bir-birlərinə toxunmaqdan narahat olan, həzz almayan, cinsi həyatın kabus halına gəldiyi əlaqələrin təməl problemi olan bədən uyuşmazlığı çox təəssüf ki, müalicə edilə bilən və ya da keçici olan bir vəziyyət deyil.
İlk dövrdə bədən uyuşmazlığı olmayan cütlərdə tərəflərdən birinin əlaqənin monotonluğundan yorulmuş və fərqlilik axtarması olmasına orta bədən uyuşmazlığı adı verilər. Bu vəziyyətdə də cinsi birlikdəliklər həzz verici olmur.
Bəs orta bədən uyuşmazlığı sonsuza qədər sürərmi?
Əlaqənin əvvəlindən yaşanan bədən uyğunlaşmazlığı həll edilə bilməzkən, orta bədən uyğunlaşmazlığı dediyimiz sonradan yaranan bədən uyğunlaşmazlıqları seksopatoloqlar tərəfindən uğurla müalicə edilə bilir.
Əslində cinsi baxımdan uyuşmadıqlarını söyləyənlər, öz cinsi istəklərinin daha az olduğunu və ya zövq aldıqları həyat formasının həyat yoldaşlarından fərqli olduğunu izah etmək istəyərlər.
Uyuşmazlığın bir səbəbi də cütlərin cinsi istəklərinin və həzz alma formalarının eyni olmamasıdır.
Məsələn, kişi hər gecə birlikdə olmaq istəyərkən, qadın üçün birlikdəlik həftədə bir dəfə kifayət edə bilir. Bunun tərsinin də olması mümkündür.
 Bədən uyuşmazlığı nədir?
Vurğulanacaq  digər əhəmiyyətli bir mövzu isə  gerçək sevginin olmadığı əlaqələrdə bu uyuşmazlığın qaçınılmaz olduğudur. Fərqli dünyagörüşü də cinsəllik mövzusunda fərqli dəyərlərə malikdir və cütlüklərdə orta bədən uyuşmazlığını doğura bilər.
İlk bədən uyuşmazlığı  problemlərində ən yaxşı həllin çox təəssüf ki, kişinin də, qadının da  xoşbəxt ola biləcəyi bir başqa partnyor axtarışlarıdır.
Ona görə də cütlərin bir-birlərinə açıq olmaları, hiss etdiklərini, zövqlərini, istəklərini, istəmədiklərini bir-birlərinə açıq şəkildə dilə gətirmələri orta bədən uyuşmazlığının həllində böyük əhəmiyyət daşıyır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ