Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9587
az

Aspirin xərçəngin dərmanı ola bilər - İlginc araşdırma

19:0903 Fevral, 2019
770
TİBB
  • A
  Baş və boyun xərçəngindən əziyyət çəkən xəstələrin üçdə biri PIK3CA mutasiyası daşıyıcılarıdırlar.

PIK3CA adı verilən zədəli genlər digər xərçəng növlərində də var. Araşdırmalara görə, mütəmadi aspirin və ya ibuprofen istifadəsi, bu pozulmuş olan genə təsir edərək, baş və boyun xərçəngindən ölüm riskini 78 faiz azaldır.

Oxu24.com-a istinadən xəbər verir ki, araşdırmaçılar 5 il boyunca baş və boyun xərçəngindən əziyyət çəkən xəstələrin həyatda qalma faizlərini nəzərdən keçiriblər. Yekun qərara əsasən, aspirin və ibuprofen kimi steroid olmayan anti-enflamatuar dərmanların günlük istifadəsinin baş və boyun xərçəngi xəstələrinin üçdə birindən daha çoxuna faydalı olduğu qənaətinə gəlinib. Bu xəstələrin hər birində PIK3CA mutasiya hormonu aşkar edilib.

Şişləri əməliyyatla götürülmüş 266 xəstədən 73 faizinin aspirindən istifadə etdiyi aşkar edilib. Aspirindən istifadə etməyən digər xəstələrə isə, 6 ay ərzində bu dərman yazılıb və onlarda da sağalma şansının yüksəldiyi araşdırmalar əsnasında bəlli olub.

Araşdırmaçılar aparılan işlərin hələlik başlanğıc mərhələdə olduğunu və bu yöntəmin müalicə vasitəsinə dönməsi üçün daha çox kliniki testə ehtiyac olduğunu bildiriblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Qazaxda 19 yaşlı gənc     intihar       etdi