Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9547
az

Qaraciyər xəstəliyinin əlamətidir - FOTO

20:0501 Fevral, 2019
855
TİBB
  • A
 Həddən artıq idmanla məşğul olmaq, qeyri-sağlam qidalanma, hava dəyişikliyi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Oxu24.com xəbər verir ki, bəzi xəstəliklərin ilk əlamətləri ayaqlarda görünür.

Böyrək problemləri

Böyrəklər düzgün işləməsə, bədəndə maye toplanmağa başlanır və onu atılması çətinləşir. Həmçinin gözlərin ətrafındakı şişlər varsa və ayaqlara elektroşok bənzəyən ani ağrılar hiss edirsinizsə, bu böyrəklərlə bağlı problemə işarə edə bilər.

Venoz çatışmazlıq

Venoz çatışmazlığı damardakı qanın ürəyə doğru deyil, əks istiqamətə getməsidir. Bu, uzun müddət ayaqda qalan hər kəsdə rast gəlinə bilər. Bu da ayaqlara şişkinliyə və ağrıya səbəb olur.

Tromboz

Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Bu qan laxtasının orqanlara yerləşməsi ciddi orqan çatışmazlıqlarına ciddi fəsadlara yol açır. Hətta bəzi hallarda ölümlə nəticələnir. Bir və ya iki ayaqda yaranan şişkinlik bu xəstəliyin əlaməti ola bilər.

Qalxanabənzər vəzi problemləri

Ayaqdakı şişlər, ani ağrılar və keyimə qalxanabənzər vəzi ilə bağlı problemlərdən qaynaqlanır.

Qaraciyər problemləri

Qaraciyər problemlərini ayağın vəziyyətinə görə əvvəlcədən müəyyənləşdirmək mümkündür. Qaraciyər anormal şəkildə işlədikdə ayaqlarda həm şişlik, həm də hörümçək toruna oxşayan damarlar əmələ gəlir.

Ateroskleroz (damar sərtliyi)

Ateroskleroz zamanı ayaqda qan dövranı pis işləyir. Bu da ayağın rənginin solğun görünməsinə və ağrıya yol açır. Bir çox hallarda insanlar damar sərtliyi ilə bağlı əlamətlərə etinasızlıq edirlər. Ancaq bu da səhhətinizdə ciddi fəsadlarla nəticələnə bilər.

Hamiləlik

Hamiləlik xəstəlik deyil. Bununla yanaşı ayaqlarda bəzi dəyişikliklər müşahidə olunur. Başda şişkinlik olmaqla ani ağrıların da hiss edilməsi qaçılmazdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu