Alimlər əkinçilikdə istifadə edilən toxum və gübrələrin ağır metal zəhərlənməsinə yol açdığı qənaətinə gəliblər.
Medicina.az xəbər verir ki, yeni araşdırmaya görə, bu zəhərlənmə hətta DNT-ni belə zədələyə bilər.
Belə ki, ağır metallar toxumalarda toplanaraq DNT-nin xroniki zədələnməsinə səbəb ola bilər. Bu isə xərçəng xəstəliyinin meydana gəlməsinə şərait yaradır. Bu maddələr daha çox beyin və böyrəklərdə toplanmağa meyillidirlər və hüceyrələrin, orqanların, orqanlar sisteminin normal işini pozaraq ağır fəsadlara yol açır.
Əlamətləri nələrdir?
Ağır metal zəhərlənməsinin baş ağrısı, yorğunluq, əzələ ağrıları, qəbizlik, solğunluq, qan azlığı, koordinasiyanın pozulması, baş gicəllənməsi kimi əlamətləri olur. Həkimlərin sözlərinə görə, ağır metal zəhərlənməsi gizli gedən təhlükəli bir haldır.
Qanda ağır metala rast gəlinməməsi hələ insanın ağır metallarla zəhərlənmədiyi anlamına gəlmir. Bu metallar hər hansı bir orqanda yığılaraq uzun müddət qaldıqdan sonra qanla başqa bir orqana da keçə bilərlər. Yalnız belə olduqda qan analizlərində onlara rast gəlmək mümkün ola bilər.
Bəs ağır metallara yecə yoluxmaq olar?
Ətraf mühitin çirklənməsi, əkinçilikdə istifadə edilən gübrələr, herbisid və pestisidlər, mətbəx ləvazimatları, kosmetik maddələr, çirkli sularda yaşayan dəniz canlıları ağır metal zəhərlənməsində ən vacib qaynaqlardır.
Həmçinin cızılmış və zədələnmiş teflon tavalar, mətbəxdə istifsadə edilən təmizləyicilər, oyuncaq boyaları da bu siyahıya daxildirlər.
Ağır metallarla zəhərlənmənin qarşını almaq üçün bir sıra qaydalara eməl edilməlidir. Çalışın ki, kosmetik vasitələr alarkən mütləq tərkibinə diqqət yetirəsiniz. Diş müalicəsi zamanı amalqam tərkibli plomblardan uzaq durmaq məsləhətdir. Dibdə yaşayan dəniz canlılarından, əsasən də midiyalardan çox istifadə etməyin. Çızılmış teflon qazan və tavaları yeniləri ilə əvəzləyin. Mətbəxdə alüminium folqadan az istifadə edin.
Oxu24.com
ŞƏRHLƏR