Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9452
az

“Səssiz qatil” - gizli pnevmoniya nədir? - Uşaq və gəncləri 6 saata öldürə bilər

13:1330 Yanvar, 2019
1279
TİBB
  • A
 
Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur.

Son aylar Azərbaycanda çox uşaqlara və gənclərə tez-tez diaqnoz olunan və xəstəxanalarda da bu diaqnozdan müalicə alanların az olmadığını nəzərə alıb, pnevmoniyanın "səssiz qatil” növü hesab edilən gizli pnevmoniyanın əlamətlərini və ağırlaşmalarını araşdırdıq.

Medicina.az xəbər verir ki, ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizli inkişaf edə bilir.

Əgər iltihabı proses ağciyər toxumasının ayrıca bir hissəsini və ya seqmentini zədələyibsə, o zaman pnevmoniya sakit, yəni gizli başlayacaq.
Adətən bu hal immuniteti zəif insanlarda baş verir.

İl ərzində kontrolsuz antibiotik qəbulu da pnevmoniyaya səbəb olur.

Gizli pnevmoniyanı daha da gizlədən səbəb xəstənin soyuqdəymə vaxtı, öskürək başlayanda müxtəlif öskürək əleyhinə dərmanlar, siroplar içməsidir ki, öskürəyin qarşısını alıb, xəstəliyi daha da dərinə qovur.

Atipik pnevmoniyanın günahkarları yarasalardır
Ümumiyyətlə, pnevmoniya yaradan mikrobların insana yarasadan keçməsi sübut olunub.

Bu patologiya çox ciddi diaqnostik tədbirlər tələb edir. Çünki ən peşəkar həkim belə ağciyərlərə qulaq asmaqla pnevmoniyanı aşkar edə bilməz. Ona görə də xəstə ağırlaşma olmadığına görə evdə qalır, terapevt hərarət və güclü öskürək görmədikdə adi müalicə yazır və nəticədə xəstə 10 gün ərzində letal nəticə - ölümlə üz-üzə qalır.

Zəif immunitet, antibiotik qəbulu və bronxlarda olan bakterial fəsadın nəticəsi olan bəlğəmin təbii yolla çıxmasının qarşısını almaq pnevmoniyanı aktivləşdirir.

Gizli pnevmoniyanın əlamətləri:

-Yanaqlarda ağrılı, qırmızımtıl ləkə, qızartının əmələ gəlməsi
-Tənəffüsün fitverici olması
-Təngnəfəslik- pilləkən çıxanda belə hiss olunur
-Ürəkdə ağırlıq, nəbzin sürətlənməsi
-Dərin nəfəs alma zamanı ağrı
-Bədəni beldən çevirəndə döş qəfəsində ağrı
- Daim susuzluq hissi, ümumi zəiflik, gecələr tərləmə

Uşaqlar risk qrupundadır

Uşaqlarda bu xəstəlik daha sürətlə və gizli gedir, uşaq valideyninə nə hiss etdiyini anlada bilmir, bu da valideyni arxayınlaşdırır.

Uşaqlarda əsas əlamətləri:

-Uşağın aktivliyinin azalması, oynamır, yemir, yatmaq istəyir
-Tərləmənin artması
-Səbəbsiz ağlaması
-Kürəyinə, sinəsinə, yanaqlarına toxunduqda ağrı hiss etməsi, narahat olması

Bu əlamətləri indiki virus və qrip aktivliyi ərəfəsində uşaqda görsəniz, bir saat belə gözləmədən uşağı pediatra aparıb, ağciyərlərinin yoxlanmasını tələb edin.
Bu xəstəlikdə istənilən özünü sağaltmaq cəhdi, xalq təbabəti, hansısa dərman, kompres vaxt itirməkdir və ölümə yaxınlaşmaqdır.
 


Diaqnostikası:

Ağciyərlərin rentgeni, bronxoskopiya, kölgə və ocaq aşkalananda KT, sidik, qan analizi, bəlğəmdən yaxma analizi, bakterioloji müayinə xəstəxanaya daxil olan kimi aparılmalıdır.
Pnevmoniyanı sadəcə ağciyərlərə qulaq asmaqla təyin etmək olmaz.
 
Müalicəsi:

Əgər pnevmoniya təsdiq olunsa, 4-6 saat ərzində antimikrob müalicəsinə başlanmalıdır. Xəstənin bronxlarındakı bəlğəmdən bakterioloji analiz götürülməli, hansı bakteriyaların törədici olması aşkarlanmalı və dərhal mikrob əleyhinə müasir müalicə metodları tətbiq olunmalıdır.

Xəstənin xilası üçün lazım olan vaxt əldən çıxsa, toksiki şok, miokardit, sepsis və sonda ölüm baş verir.
Müalicə dövründə xəstə fizioterapiya prosedurlarından, inhalyasiyadan keçməli, qidası sağlam, vitamin və zülalla zəngin olmalı, çoxlu maye qəbul etməlidir.

 DİQQƏT: PNEVMONİYA ÖLÜM DƏRƏCƏSİNƏ GÖRƏ DÜNYADA 4-CÜ YERDƏDİR Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu