Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9313
az

Doğumdan sonra, cinsi həyata nə vaxt başlamaq lazımdır?

09:5826 Yanvar, 2019
1768
  • A
  
Doğum etdikdən sonra cinsi əlaqəyə girmək, bəlkə də ağılınıza gələcək son şeydir. Ancaq təbii ki, cinsi həyatınız davam edəcək.
Bəs  doğum sonrası cinsi həyata nə vaxt başlanması lazımdır, bu halda  nə kimi vəziyyətlərlə qarşılaşılaşa bilərsiniz?
Körpə doğulduqdan nə qədər müddət sonra cinsi əlaqəyə girilə bilər?


Normal və ya  qeysəriyyə doğumu da etsəniz bədəninizin yaxşılaşması üçün zamana ehtiyac var. Bəzi həkimlər   doğumdan sonra 6 həftə gözləməyi məsləhət görürlər. Belə ki, bu müddət içində rəhm ağızı bağlanır, doğum sonu qanama bitir və tikiş atılan yerlər sağalır. Lakin digər əhəmiyyətli nöqtə isə sizin özünüzü necə hiss etməyinizdir. Bəzi qadınlar özlərini bir neçə həftədə hazır hiss edərkən, digərləri üçün bu müddət daha çox ola bilər. Halsızlıq, doğum sonu melanxoliyası kimi vəziyyətlər də cinsi həyatınıza təsir edə bilər.

 İlk doğum sonrası cinsi əlaqə ağrılı olacaqmı?.

Vaginanız bir az daha quru və həssas ola bilər, xüsusilə körpə əmizdirirsinizsə. Cinsi əlaqə əsnasında hər hansı bir narahatlıq hiss etdiyiniz anda yavaşlayın. Həyat yoldaşınıza sarılın, öpüşün və ya bir-birinizi tumarlayın.Necə rahatlanacağınızı fərq edəcəksiniz.  Əgər vaginal quruluq yenə davam etsə sürüşkənləşdirici krem və ya gellərdən istifadə edə bilərsiniz. Həssas bölgələrinizə daha az təzyiqi  təmin edəcək dəyişik pozalardan istifadə edin. Həyat yoldaşınızla  nələrin xoşunuza gəlib, nələrin sizi narahat etdiyini paylaşın. Əgər yenə də ağrılarınız davam edərsə həkiminizə yoxlanmağa gedin.

Doğum sonrası fərqli bir şey hiss edilərmi?

Bir neçə dəfə  normal yolla edilən doğumlardan sonra, vaginadaki əzələlərin boşalması səbəbiylə, cinsi əlaqə əsnasında xəbərdar edilmə azala bilər...
Buradakı əzələləri gücləndirmək üçün Kegel məşqləri (seksual aktivliyi artırmaq üçün xüsusi məşq) edilə bilər.

Hamiləlik əleyhinə metodlara  nə vaxt başlamalı?

Təkrar hamilə qalmaq istəmirsinizsə, əmizdirsəniz belə ehtiyatınızı əldən buraxmayın.  Prezervativ istifadə edə bilərsiniz. Əgər hamiləliyə qarşı  həb istifadə etmək istəyirsinizsə, südə keçməyənlərdən olmasına diqqət yetirməniz lazımlıdır. Həkiminiz bu mövzuda sizə köməkçi ola bilər.

Cinsi həyata  marağınız  azalıbsa buna ciddi yanaşın.

Yeni doğulmuş bir körpəyə baxmaq olduqca çətindir. Ona görə özünüzü davamlı yorğun hiss etməniz çox təbiidir. Canınız cinsi əlaqə istəməyə bilər. Lakin bu tamamilə seks həyatınızı bitirdiyiniz mənasını vermir. Həyat yoldaşınızla  duyğularınızı paylaşın. Canınız istəyənə qədər digər yollara(sarılma, öpüşmə kimi) davam edin. Körpəniz olmadan həyat yoldaşınızla ikilikdə  vaxt keçirməyə təşəbbüs edin..
Əgər bütün bunlara baxmayaraq hələ də özünüzü pis hiss edirsinizsə həkiminizə müraciət edin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi