Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9129
az

Havanın kəskin enməsi hansı xəstəlikləri kəskinləşdirəcək? - Bu insanlar ehtiyatlı olsun

13:5021 Yanvar, 2019
760
TİBB
  • A
Temperaturun qəfildən kəskin enməsi bir sıra xroniki xəstəlikləri olan şəxslərə təsirsiz ötüşməyəcək.


Kimlər risk altındadır?

Yanvarın 17-18-i tarixlərində bu problemləri olan insanlar xəstəlik kəskinləşəcək:

-Astma – bronxit xəstəliyi, boğulması olanlar
-Şəkərli diabet xəstələri
-Meteohəssas insanlar
-Yüksək təzyiqi olanlar
-Ürək-damar xəstəliyi, qan damarlarında ateroskleroz olanlar infarkt, insult keçirmiş insanlar,
-Panik atak, nevroz və depressiyada olanlar
-Gözlərində problemi, iltihabi xəstəliyi olanlar
-Artroz, ostexondroz, artrit, revmatizması olanlar
-Rinit, sinusit, haymoriti olanlar

Yüksək rütubət, aşağı temperature və soyuq iltihabi prosesləri aktivləşdirəcək.

Qeyd edək ki, orqanizmin havaya  və kəskin iqlim dəyişməsinə reaksiyası meteopatiya adlanır.

Nə hiss edə bilərsiniz?

-Xüsusi təhlükəli hava şəraitində insanlarda səbəbsiz həyəcanlanma, qıcıqlanma, özündən çıxma, əsəbilik, yuxusuzluq və ya depressiv əlamətlər, süstlük, gərginlik tipli baş ağrıları artır.

-Belə günlərdə həkimlərə və təcili yardıma səbəbsiz hal dəyişmələrdən, ağrılardan müraciətlər çoxalır.

-Arterial təzyiqdə qəfil enmələr, qalxmalar müşahidə oluna bilər.

-Bəzən qarın boşluğunda və beldə spastik ağrılar başlayır, bunu zəhərlənmə ilə səhv də salırlar.

 Təəssüf ki, belə havalarda və məqamlarda ürək-damar, beyin insultu səbəbindən ölüm hallarının sayı artır.

Sürətli külək səbəbindən yollarda kiçik travmalar alan şəxslərin də xəstəxanalara düşmə ehtimalı olur.

Nə etməli?

-Valideynlər xəstə, zəif, arıq və ya xüsusi xəstəliyi olan uşaqları həmin gün qapalı şəraitdə, özləri də yanında olmaqla saxlamalı

-Yaşlı, təzyiqi olan insanlar evdə qalmalı, təzyiq tənzimləyici dərmanlarını vaxtında qəbul etməli, sakitləşdiricilər içməli, evdə fikirlərini maraqlı və xoş bir şeylə məşğul etməlidirlər

-Boğulması, astma bronxiti olanlar küləkli havada çölə çıxmamalı, dərmanları yanında olmalıdır

-Gözlərində iltihabı, kataraktası, zəifliyi olanlar, rinit, haymoriti olanlar da maksimum evdə və qapalı yerdə olmalı. Küçəyə çıxarlarsa, qayıdanda göz damcısı tökməli, burunlarını dəniz suyu ilə yumalıdırlar.

-Əsəbi, nevrozu, depressiyası olanlar isə mütləq sakitləşdiricilər qəbul etməli, evdə və ya işdə maksimum xoş təsir verən informasiya qəbul etməlidirlər

-Diabet xəstələrinin aşağı ətrafları soyuq havadan daha sürətlə soyuduğundan və damarları tutulduğundan onlarda əl-ayaq uyuşması, sancmalar, keyimələr və qan dövranı pozulmasından ürəkdə, başda ağrılar ola bilər. Onlar da qan durulaşdırıcı və kardio aspirin kimi tabletlərini qəbul etməlidirlər.

-Əgər havada qəfil təhlükəli vəziyyətdən özünüzü yaxşı hiss etməsəniz, valerian, korvalol damcısından 10 damcı bir az suya damcıladaraq qəbul edə bilərsiniz.

-Ürək damarlarında əməliyyat olanlar, stend taxılan insanlar narahatlıq hiss edən kimi həkimi ilə əlaqə saxlasın

Məsləhət görərdik ki, havanın, küləyin təsirindən maksimum qorunmaq, orqanizmdə baş verəcək dəyişiklikləri nəzarətdə saxlamaq və bir şey olduğu halda özünüzə kömək etmək üçün bu günlərdə vacib olmadığı halda evdən çıxmayın. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Başımız niyə gicəllənir?
Bu həftə əhali qızılca əleyhinə vaksinasiya olunacaq
`Donuz qripi`ndən qorunmaq üçün nə etməli? - Mütləq oxuyun

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı