Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9025
az

Alimlər təsdiq etdi: Gündə bir qədəh qırmızı şərab orqanizmi cavan saxlayır

21:2217 Yanvar, 2019
684
TİBB
  • A
Alimlər bir stəkan qırmızı şərabın 1 saatlıq idmana bərabər olduğunu təsbit edib.

 Oxu24.com xəbər verir ki, Alberta Kanada Universitetinin alimləri qırmızı şərabın bir saatlıq idmana bərabər olduğunu açıqlayıb. Son illərdə aparılan ən xoş tədqiqatın direktoru Ceyson Dayk iddia edir ki, bu araşdırma müəyyən səbəblərdən dolayı idman zalına gedə bilməyənlərə köməklik göstərə bilər.

Şərabın bədən üzərində müsbət təsirinin sirri mürəkkəb resveratrolda gizlənib. Bu təbii fitoaleksin performansı artırır, ürək döyüntülərini artırmaqla onun funksiyasını yaxşılaşdırır. Nəticə etibarı ilə məcburi olaraq əzələləri gücləndirir. Bu nəticələr idman zalında bir saatlıq məşqə bərabərdir. Yuxarıdakıların hamısına əlavə olaraq resveratrol qanda şəkərin səviyyəsini tənzimləyir və qocalma əleyhinə təsir göstərir. Gündə bir stəkan qırmızı şərab içən insanlarda demans, xərçəng və 2-ci tip diabet xəstəliklərinin yaranma ehtimalı çox aşağıdır. Əlbəttə ki, Kanada alimləri heç kimi alkoqolizmə təşviq etmir, yalnız üzüm şirəsinin qıcqırmasının faydalarını elmi nöqteyi-nəzərdən əsaslandırıblar.

“Hesab edirəm ki, şərabda olan resveratrol idman zalına getmək istəyən, lakin buna imkanı ola bilməyən insanlara kömək edə biləcək. Resveratrol fiziki hərəkətlərin nəticələrini imitasiya edə bilir, dolayısı ilə bədəni tonusa gətirir” , - deyə Ceyson Deyk müsahibəsində vurğulayıb.

Burada sizinlə son dərəcə dürüst olmaq lazımdır. Qeyd etməliyik ki, Kanada alimləri resveratrolun bədənə təsirini laboratoriya siçanlarının üzərində aparıb. Mütəmadi olaraq resveratrol qəbul edilməsi nəticəsində siçanlarda fiziki aktivliyin və əzələ gücünün artdığı müşahidə olunub.

Araşdırmanın növbəti mərhələsi diabet xəstəsi olan könüllülər üzərində aparılacaq. Qeyd etmək lazımdır ki, alimlərin bir qrupu şərabın faydalarını müdafiə edir, ikinci qrup isə bədənə zərərli təsirləri olduğunu iddia edir. Elm adamlarının bu qarşıdurması uzun illərdir davam edir. Hər ikisi də bizə inandırıcı faktlar təqdim edir. Odur ki, kimə qeyd-şərtsiz etibar etmək lazım olduğunu anlamaq çox çətindir.

Şərab 10.000 ildən çox tarixi olan alkoqollu içkidir. Dünyadakı digər faydalı məhsullarla olduğu kimi, onunla da ölçü hissini bilmək lazımdır. Yadda saxlayın ki, bu şərab çox quru olmalıdır. Təəssüf ki, bizdə nadir insanlar üzüm çeşidlərindən və şərabın keyfiyyətindən yaxşı anlayır. Yeri gəlmişkən, bizdə çox məşhur olan kəmşirin şərablar dünyanın qalan hissəsində şərab kimi qəbul edilmir.

Şəkər ilə bir çox istehsalçı uğursuz üzüm məhsullarının dadını maskalayır. Həmçinin şəkərin özünün də insan orqanizmi üçün faydalı hesab edilə bilməyəcəyini nəzərə alınmalıdır. Ən keyfiyyətli və sağlamı - quru qırmızı şərabdır. Ağ quru şərab da içə bilərsiniz, ancaq onda resveratrolun tərkibi sıfırdır. Yeri gəlmişkən, resveratrol yerfıstığı yağı, qırmızı üzüm və tünd şokoladın da tərkibində var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ