Qış mövsümü əsas da müxtəlif viruslarla yadda qaldı. Bu xəstəliklərin başlıca əlaməti isə qızdırmadır.
Oxu24.com xəbər verir ki, yüksək hərarəti bütün mağazalarda çox ucuz qiymətə satılan soda ilə də salmaq mümkündür.
Bunun üçün bir stəkana qaynar su tökün. Üzərinə isə bir çay qaşığı soda əlavə edib qarışdırın. Su otaq temperaturuna düşəndə için. Bu məhlulu 3 yerə bölüb sutka ərzində fasilələrlə için. Onu gün ərzində 3 dəfədən çox qəbul etmək olmaz.
Onu da xatırladaq ki, istər uşaqlarda, istərsə də böyüklərdə 38 dərəcəyədək hərarət olarsa, dərmanlardan istifadə etmək doğru deyil. Çünki bədən sonadək qızdırma ilə mübarizə aparmalıdır.
Allergiyanız, yaxud mədə xəstəliyiniz varsa, bu üsulu sınamaq tövsiyə edilmir Oxu24.com
ŞƏRHLƏR