Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 18 235 nəfərdə talassemiya daşıyıcılığı, 455 nəfərdə İİV/QİÇS, 1 728 nəfərdə sifilis xəstəliyi aşkar edilib.
Bunu Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bu günədək nikaha daxil olmaq üçün 495 548 nəfər insan qan müayinəsindən keçib.
İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 189 cütlük aşkar edilib.
Yalnız 2018-ci il ərzində 131 264 nəfər qan müayinəsinə cəlb edilib.
Onlardan 4 161 nəfərində talassemiya daşıyıcılığı, 173 nəfərdə İİV, 395 nəfərdə sifilis xəstəliyi aşkar edilib.
2018-ci ildə talassemiya daşıyıcılığı aşkarlanan 55 cütlük prenatal müayinəyə cəlb edilib. Bu cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinə aparılıb. Nəticədə 16 dölün sağlam, 27-də talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam), 12-nin xəstə olduğu aşkarlanıb. Xəstə döllər həkim məsləhəti ilə abort edilib. Oxu24.com
ŞƏRHLƏR