Qaynar xətt:

(+99450) 247 90 86

Bu vitaminin çatışmazlığı psixiki pozulmalara və qanazlığına səbəb olur

Bu vitaminin çatışmazlığı psixiki pozulmalara və qanazlığına səbəb olur

TİBB

1160

08.12.2018, 11:38

B12 vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir.
B12 eritrositlərin (qan hüceyrələri) formalaşması, DNT-nin sintezi, sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, B12 vitamininin çatışmazlığı geriyə dönməz sinir və psixiki pozulamaların inkişafına, ağır anemiyaya (qanazlığı) səbəb ola bilər.
B 12 vitamininin çatışmazlığının simptomları: - yorğunluq - zəiflik - qəbizlik - iştahanın azalması - çəkinin azalması - depressiya - yaddaşın pozuması - dezorientasiya (şüurun qarışması) - ağız boşluğunda və dildə agılar. Bu vitaminin çatışmazlığı kimdə inkişaf edə bilər? Risk qrupuna bu insanlar daxildir: - veqanlar - pis qidalanan insanlar - yaşlı insanlar (həzm sistemində qidalı maddələrin mənimsəmə proseslərinin zəifləməsinə görə) - mədə-bağırsaq sistemində pozulmaları olanlar   - kəskin arıqlayan və ya mədə-bağırsaq sistemində əməliyyat keçirmiş insanlar - bəzi dərman preparatlarını (məsələn, qıcqırmaya qarşı, metformin və s.) qəbul edənlər.   B12 vitamininin əsas mənbələri: ət və qaraciyər, yumurta, süd məhsulları, tərkibində çörək mayası olan məhsullar.