Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
25 Noyabr 2026, 11:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
55
25.11.2026, 11:45
Azərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib. Bəs güclü külək nə vaxta qədər davam edəcək, sürətin normallaşması nə vaxt gözlənilir? Qarşıdan gələn dekabr ayında Azərbaycanda hava şəraiti necə olacaq, qış mövsümü bu il sərt keçəcəkmi?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı "AzPolitika"ya danışan iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləklərin çərşənbə günü gecə saatlarına doğru səngiyəcəyi gözlənilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində Abşeron yarımadasında və bölgələrdə 20,8–28,4 m/san-dək güclənən cənub-qərb küləyi axşama doğru səngiyərək mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Sabah, noyabrın 25-də paytaxtda və yarımadada əsasən mülayim şimal-qərb küləyi əsəcək və havanın temperaturu gündüz 15–18 dərəcə isti olacaq, arabir yağıntılı hava şəraiti müşahidə ediləcək. Bu hadisə Xəzər hövzəsi üzərindən keçən siklonun və onunla əlaqəli cəbhə xəttinin yaratdığı kəskin atmosfer təzyiqi qradiyenti ilə bağlıdır. Axşam saat 20:00 radələrində cəbhə xəttinin keçməsi ilə küləyin istiqaməti dəyişərək cənub-qərbdən qərb və şimal-qərb istiqamətlərinə yönələcək".
Ekspert qeyd edib ki, dekabr üçün ümumi hava proqnozuna gəldikdə isə, rəsmi aylıq icmal adətən noyabrın son günlərində dərc olunur:
"Lakin mövsümi iqlim göstəricilərinə və ilkin proqnozlara əsasən, dekabr ayında ölkə üzrə orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı ehtimal edilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 7–9 dərəcə isti, gündüzlər 8–13 dərəcə, soyuq günlərdə 3–7 dərəcə isti, gecələr isə 2–6 dərəcə isti olacağı, ayın sonunda bəzi günlərdə 0 dərəcəyədək enəcəyi proqnozlaşdırılır".
11:58 / 25 Noyabr 2026
1
11:52 / 25 Noyabr 2026
32
11:50 / 25 Noyabr 2026
48
11:48 / 25 Noyabr 2026
44
11:40 / 25 Noyabr 2026
52
11:38 / 25 Noyabr 2026
52
11:29 / 25 Noyabr 2026
62
11:25 / 25 Noyabr 2026
77
11:15 / 25 Noyabr 2026
92
11:11 / 25 Noyabr 2026
79
11:10 / 25 Noyabr 2026
84
10:55 / 25 Noyabr 2026
402
10:55 / 25 Noyabr 2026
77
10:52 / 25 Noyabr 2026
91
10:50 / 25 Noyabr 2026
76
10:46 / 25 Noyabr 2026
315
10:35 / 25 Noyabr 2026
92
10:25 / 25 Noyabr 2026
111
10:24 / 25 Noyabr 2026
107
10:15 / 25 Noyabr 2026
110
10:05 / 25 Noyabr 2026
114
09:55 / 25 Noyabr 2026
118
09:50 / 25 Noyabr 2026
307
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.