Prezident İlham Əliyev başsağlığı verib
25 Noyabr 2026, 15:03
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
37
25.11.2026, 14:58
Xəbər verdiyimiz kimi, noyabrın 23-də Azərbaycan–İtaliya Biznes Forumu keçirilib. Tədbirdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı, investisiya imkanları və yeni tərəfdaşlıq istiqamətləri geniş müzakirə olunub. Forum çərçivəsində bir sıra sənədlər imzalanıb və mübadilə edilib. İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması ikitərəfli iqtisadi münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Eyni zamanda imzalanan sənədlərin real iqtisadi nəticələrə çevrilməsi xüsusi diqqət mərkəzindədir. Xüsusilə Azərbaycanın qeyri-neft sektoruna İtaliya investisiyalarının cəlb edilməsi baxımından yeni imkanların açılması gözlənilir. Bu proses həm biznes dairələri, həm də dövlət qurumları üçün əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Avropa ölkələri arasında Azərbaycanın ən sıx əlaqələrə malik olduğu dövlətlərdən biri məhz İtaliyadır. Deputatın sözlərinə görə, İtaliya rəsmilərinin Azərbaycana səfərləri davamlı xarakter daşıyır, həmçinin cənab Prezident İtaliyada olub, Azərbaycan rəsmiləri və parlament üzvləri tez-tez bu ölkəyə səfər edirlər və bütün bu təmaslar əlaqələrin inkişafına töhfə verir.
Ceyhun Məmmədov vurğulayıb ki, bu gün Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm və böyük rol oynayır:
“Bu cür biznes forumlar iki ölkə arasında əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının artırılması və yeni tərəfdaşlıqların qurulması baxımından xüsusi önəm və əhəmiyyət kəsb edir”.
Deputat qeyd edib ki, forum çərçivəsində imzalanan sənədlər də çox vacibdir və xüsusilə qeyri-neft sektoruna İtaliya investorlarının cəlb edilməsi prioritet və vacib məsələlərdən biridir. O xatırladıb ki, İtaliyanın xarici işlər naziri Azərbaycanda səfərdə olarkən də çox mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.
"Hesab edirəm ki, bu mənada bizim əlaqələrimizin növbəti günlərdə yeni bir mərhələyə daxil olduğunun şahidi olacağıq", - deyən Ceyhun Məmmədov İtaliyanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycan İtaliya ilə bir çox sahələrdə əməkdaşlıq edir, Azərbaycanın neft şirkəti İtaliyaya böyük sərmayə yatırır və bütövlükdə bu addımlar əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə ciddi töhfə verir.
Ceyhun Məmmədov sonda əlavə edib ki, əlaqələrin inkişafı üçün Azərbaycan tərəfi də ardıcıl addımlar atır və bu səfər, eləcə də keçirilən biznes forum ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.
Çimnaz Telmanqızı
15:03 / 25 Noyabr 2026
1
14:57 / 25 Noyabr 2026
38
14:33 / 25 Noyabr 2026
59
14:30 / 25 Noyabr 2026
75
14:29 / 25 Noyabr 2026
59
14:21 / 25 Noyabr 2026
62
14:03 / 25 Noyabr 2026
276
14:02 / 25 Noyabr 2026
111
14:00 / 25 Noyabr 2026
114
13:56 / 25 Noyabr 2026
98
13:47 / 25 Noyabr 2026
92
13:45 / 25 Noyabr 2026
104
13:27 / 25 Noyabr 2026
657
13:15 / 25 Noyabr 2026
118
13:11 / 25 Noyabr 2026
756
13:10 / 25 Noyabr 2026
138
12:58 / 25 Noyabr 2026
127
12:57 / 25 Noyabr 2026
100
12:55 / 25 Noyabr 2026
124
12:52 / 25 Noyabr 2026
119
12:45 / 25 Noyabr 2026
118
12:37 / 25 Noyabr 2026
120
12:27 / 25 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.