Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan və Litva XİN rəhbərləri beynəlxalq məsələləri müzakirə edib 

Azərbaycan və Litva XİN rəhbərləri beynəlxalq məsələləri müzakirə edib 

SİYASƏT

54

25.11.2026, 13:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan və Litva arasında əlaqələrin müxtəlif aspektləri ətraflı şəkildə müzakirə edilib.

Oxu24.com  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, litvalı həmkarı ilə regional və beynəlxalq məsələlər ətrafında da ətraflı fikir mübadiləsi aparıb.

“Tarixən Azərbaycan-Litva münasibətləri qarşılıqlı hörmət və açıq siyasi dialoq əsasında inkişaf edib. Liderlər səviyyəsində siyasi dialoq da həmişə yüksək səviyyədə və müsbət olub”, - nazir qeyd edib.