Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib
25 Noyabr 2026, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
53
25.11.2026, 12:14
23–24 noyabr 2026-cı il tarixlərində Azərbaycan Milli Xalça Muzeyində görkəmli xalçaçı-rəssam, alim və pedaqoq Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Ortaq irs: Türk xalçası” Beynəlxalq Simpoziumu çərçivəsində elmi panel sessiyaları keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Milli Xalça Muzeyi, Türkiyənin Mərmərə Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə baş tutan simpoziumun elmi proqramı əsas məruzələr, beş panel sessiyası və yekun dəyirmi masanı əhatə edib.
Simpoziumun birinci günündə Türk Mədəniyyəti və İrsi Fondunda layihə rəhbəri Nuri Aksu və Mədəniyyət və Turizm üzrə mütəxəssis Hakan Ünlünün “İlmədən pikselə: Pazırıqdan bu günə Türk irsinin rəqəmsal gələcəyini toxumaq” mövzusunda əsas məruzələri dinlənilib. Daha sonra işinə başlayan “Türk xalça sənətinin konseptual və simvolik dünyası” adlı I sessiyada Türkiyənin Mərmərə və Süleyman Dəmirəl universitetlərinin professorları Hakan Çiloğlu (moderator), Mustafa Genç və Emre İkizler türk xalça sənətinin konseptual strukturu, ənənəvi toxuculuqda simvolika və boyaqotunun rolu barədə məruzələrlə çıxış ediblər.
“Lətif Kərimov irsi” mövzusuna həsr olunan II sessiyada sənətşünaslıq üzrə elmlər doktoru professor Kübra Əliyeva görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb. Sessiya çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşı Xədicə Əsədova (moderator) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov Lətif Kərimovun yaradıcılığında ornament, rəng, kompozisiya xüsusiyyətlərini və sənətkarın Azərbaycan xalça sənətindəki müstəsna yerini elmi müstəvidə təhlil ediblər.
“Muzeylər, kolleksiyalar və türk xalçaçılıq ənənələri” adlı III sessiyasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova (moderator), Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin professoru Janerke Şaygozova, Abılxan Kasteyev adına Dövlət İncəsənət Muzeyinin şöbə müdiri Natalya Bajenova və Qırğızıstanın Oş Dövlət Universitetinin dosenti Çınıhan Satıbaldiyeva muzey kolleksiyaları, qazax və qırğız xalçaçılıq ənənələrinin tipologiyası və Azərbaycan xalça sənəti ilə ortaq mədəni dialoqu barədə elmi araşdırmalarını təqdim ediblər.
24 noyabr tarixində işini davam etdirən simpoziumun “Mərkəzi Asiyanın xalça kolleksiyaları və türkmən xalçaçılıq ənənəsi” adlı IV sessiyasında Türk Mədəniyyəti və İrsi Fondundan layihə rəhbəri Leyla Həsənova (moderator), Özbəkistan Dövlət Tarix Muzeyinin tədqiqatçısı Mansur Safayev muzeydə xalça kolleksiyalarının formalaşma tarixindən, Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinin direktor müavini Oraznabat Saparova isə türkmən alaçığının bədii tərtibatında xalça məmulatlarının rolundan bəhs ediblər.
“Anadolu toxuculuq irsi, dizayn və rəqəmsal gələcək” adlı V sessiyada Türkiyənin Sakarya və Yıldız Texniki universitetlərinin alimləri, eləcə də Şehitkamil Bələdiyyəsinin və dizayn sahəsinin mütəxəssisləri professor Kadriye Didem Atiş, Osman Özgan, Esmer Erdem, Karaca Murat Erdem və dosent Ertan Toy çıxış ediblər. Məruzələrdə Anadolu toxuculuq ənənələri, Qaziantepin qədim abidələri ilə xalça-kilim motivlərinin müqayisəli təhlili, türk xalçasının qlobal brendləşməsi və türk motivlərinin rəqəmsal naxış arxivinin yaradılması kimi aktual məsələlər müzakirə olunub.
Panel sessiyalarının yekununda sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovanın moderatorluğu ilə “Türk xalçasının gələcək perspektivləri” mövzusunda dəyirmi masa keçirilib və simpoziumun rəsmi bağlanış mərasimi baş tutub.
İki gün ərzində aparılan elmi müzakirələr Türk dünyasının ortaq xalçaçılıq irsinin sistemli şəkildə araşdırılması, muzeylər və elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də ənənəvi sənət nümunələrinin müasir texnologiyalar vasitəsilə qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından mühüm platforma rolunu oynayıb.

12:21 / 25 Noyabr 2026
19
12:18 / 25 Noyabr 2026
30
12:05 / 25 Noyabr 2026
62
11:58 / 25 Noyabr 2026
71
11:52 / 25 Noyabr 2026
236
11:50 / 25 Noyabr 2026
84
11:48 / 25 Noyabr 2026
80
11:45 / 25 Noyabr 2026
74
11:40 / 25 Noyabr 2026
88
11:38 / 25 Noyabr 2026
90
11:29 / 25 Noyabr 2026
80
11:25 / 25 Noyabr 2026
91
11:15 / 25 Noyabr 2026
109
11:11 / 25 Noyabr 2026
93
11:10 / 25 Noyabr 2026
99
10:55 / 25 Noyabr 2026
475
10:55 / 25 Noyabr 2026
90
10:52 / 25 Noyabr 2026
103
10:50 / 25 Noyabr 2026
86
10:46 / 25 Noyabr 2026
509
10:35 / 25 Noyabr 2026
105
10:25 / 25 Noyabr 2026
118
10:24 / 25 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.