Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7210
az

"Vaxtından əvvəl doğulmuş uşaqlarda yarımçıqlıq əlaməti kimi bir sıra qüsurlar qalır" - FOTO

20:3319 Noyabr, 2018
1008
TİBB
  • A
Respublika Perinatal Mərkəzi və "Uptodate In Medicine" tibbi konsaltinq şirkətinin birgə təşəbbüsü, Avrasiya Klinik Elmlər Jurnalının dəstəyi ilə "Fetal exokardioqrafiya" mövzusunda seminar keçirilib.

Oxu24.com xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, seminarda ölkənin müxtəlif tibb müəssisələrinin radioloqları, kardioloqları, reanimatoloqları, ginekoloqları, neonatoloqları, pediatrları iştirak ediblər.

Tədbirdə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, mərkəzin baş həkimi Sevinc Məmmədova çıxış edərək seminarın bütün səhiyyə ocaqlarında çalışan həkim-mütəxəssislər üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Bu gün vaxtından əvvəl doğulmuş uşaqların günüdür. İştirak etdiyimiz tədbir də bu tarixlə əlaqədar mərkəzdə keçirilən növbəti toplantıdır. Tədbirin keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulmuş körpələrdə ürək qüsurlarının erkən aşkarlanmasının üsullarını birgə müzakirə etməkdir. Belə ki, həmin uşaqların təxminən yarısında yarımçıqlıq əlaməti kimi bir sıra qüsurlar qalır. Bu problemlərə ürəklərində bəzi pərdə və pəncərələrin açıq qalması da aiddir. Uşaqlarda həmin problemləri erkən aşkarladıqda və düzgün müalicə etdikdə onlar ömürlərinin sonunacan ürək qüsurlarından qaçmış olurlar və sağlam böyüyürlər. Bu səbəbdən fetal exokardioqrafiyaya böyük əhəmiyyət verilir".

Tədbir radioloq Azər Fərəcin monoleksiyasının dinlənilməsi ilə davam etdirilib.

Seminarın sonunda həkimlərə davamlı tibbi təhsil üzrə 5 kredit ballıq sertifikatlar verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ