“Liv Bona Dea”da ilk sümük iliyi transplantasiyası həyata keçirildi - Fotolar
27 Fevral 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
4521
12.04.2022, 00:22
Cinsi həyatın hər iki partnyora müsbət təsiri tibbi tərəfdən təsdiqlənib.Belə ki, seks ürək əzələsini gücləndirir, qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir. Bundan əlavə, yaxşı cinsi münasibətlər hər iki tərəfin münasibətində, psixoemosional vəziyyətində mühüm rol oynayır. Mütəmadi cinsi əlaqə zamanı daxili orqanların işi normaya düşür, iltihabi prosesslər azalır. Amma bəzi hallar var ki, sevişməkdən imtina etmək vacibdir və bunu həkimlər də tövsiyə edir.
Medicina.az oxucularına hansı hallarda cinsi əlaqədən imtina etməli olduğunuzu təqdim edir.
•Ginekoloji analiz verməzdən əvvəl heç olmasa 2-3 gün müddətinə intim münasibətdən qaçmaq məsləhətdir. Bunun səbəbi isə spermatozoidin uşaqlıq yolunun turşuluğunu dəyişməsidir ki, bu da bakteriya və virusların artması üçün şərait yaradır.
•Cinsi orqanlarda aparılan hər hansı bir əməliyyat sonrası da cinsi aktivlik yolverilməz hesab olunur. Belə olan halda 2-3 həftə cinsi aktdan imtina etmək məsləhətdir.
•Riskli hamiləlik zamanı da cinsi əlaqə yolverilməzdir. Bu zaman qanaxma, düşük və vaxtından əvvəl doğuş təhlükəsi olduğu üçün cinsi yaxınlıqdan imtina etmək məsləhətdir.
Həmçinin oxuyun
•Cinsi yolla ötürülən infeksiyalar zamanı müalicə tam bitənədək gözləmək lazımdır. Müalicənin sonunda analiz verərək infeksiyanın tam təmizləndiyinə əmin olmadan cinsi əlaqə yolverilməzdir.
•Mütəxəssislər qadınlarda menstruasiya günlərində seksdən uzaq durmağı məsləhət görürlər. Belə ki, bu dövrdə uşaqlığa bir sıra infeksiyaların düşməsi riski çox yüksəkdir.
•Uşaqlıqdaxili spital qoyulduqdan və ya çıxartdıqdan sonra 3-5 gün müddətində cinsi əlaqə qadağandır.
•Partnyorun cinsi orqanında səpkilər, yaralar gördükdə o zaman seksdən imtina ən ağıllı seçim olardı. Partnyorun isə təcili olaraq mütəxəssisə müraciət edib müalicə olunması məsləhətdir.
- Doğuşdan və keysəriyyə əməliyyatından sonrakı 1 ayda cinsi əlaqə olmaz.
20:05 / 04 Mart 2026
2
19:49 / 04 Mart 2026
27
19:35 / 04 Mart 2026
77
19:25 / 04 Mart 2026
56
19:23 / 04 Mart 2026
780
19:21 / 04 Mart 2026
37
19:12 / 04 Mart 2026
188
19:09 / 04 Mart 2026
55
19:07 / 04 Mart 2026
64
18:59 / 04 Mart 2026
49
18:46 / 04 Mart 2026
70
18:41 / 04 Mart 2026
57
18:28 / 04 Mart 2026
55
18:16 / 04 Mart 2026
82
18:07 / 04 Mart 2026
98
17:53 / 04 Mart 2026
108
17:52 / 04 Mart 2026
282
17:11 / 04 Mart 2026
961
16:43 / 04 Mart 2026
200
16:33 / 04 Mart 2026
144
16:16 / 04 Mart 2026
119
16:04 / 04 Mart 2026
8328
16:00 / 04 Mart 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.