Qaynar xətt:

(+99450) 247 90 86

Buğda, çörək və un məmulatının sizə düşmədiyini göstərən xəstəlik - Seliakiya nədir?

Buğda, çörək və un məmulatının sizə düşmədiyini göstərən xəstəlik - Seliakiya nədir?

TİBB

2400

01.04.2021, 21:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Seliakiya xəstəliyi əhalinin 2-3%%-də rast gəlinən autoimmun xəstəliyidir. Onun yaranmasında iştirak edən əsas faktor qlütendir. Tərkibində qlüten olan buğda, çovdar, qızılı buğda və arpa kimi dənli bitkilərdən hazırlanmış qidaların qəbulu nazik bağırsağın iltihabına səbəb olur.

Medicina.az xəbər verir ki, qlütenin hətta kiçik miqdarı belə, simptomların yaranmasına səbəb ola bilər. Əgər şəxs qlüteni qida rasionundan çıxarmazsa bağırsaq xovları hamarlaşa, hətta yox ola bilər və beləliklə, nazik bağırsağın selikli qişasından qida maddələrinin sorulması prosesi pozula bilər ki, bu da öz növbəsində orqanizmdə qida çatışmazlığının yaranmasına səbəb ola bilər.

Seliakiya xəstəliyinin simptomları geniş spektrdə dəyişir. Əksər hallarda özünü mədə-bağırsaq traktı simptomları ilə qeydə alınır:

-İshal

-Qarın nahiyəsində şişkinlik

-Qarın ağrısı

-Ürəkbulanma

-Qusma

Seliakiya xəstəliyinə malik şəxslərdə həmçinin ümumi simptomlara da təsadüf edilir

-Çəki və enerji itkisi

-İştahasızlıq

-Anemiya ilə birlikdə təsadüf edilən dəmir çatışmazlığı

-Osteoparoz

-Reproduktiv pozğunluq və ya spontan abortlar

-Vitamin və ya mineral çatışmazlığı

Uşaqlarda seliakiya xəstəliyi erkən yaşlarda, adətən ana südündən tərkibində qlüten olan qidalara keçmə zamanı əmələ gəlir. Əgər xəstəlik müəyyən edilməmiş qalarsa uşaqlarda böyümə və inkişaf pozğunluğu riski yarana bilər. Seliakiya xəstəliyindən əziyyət çəkən uşaqlar adətən zəif bədən quruluşuna malik, ağlağan və həssas olur.

Xəstəliyin formaları

Seliakiya xəstəliyinin klassik, simptomatik və subklinik formaları mövcuddur. Bu formalar nazik bağırsağın selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Əlavə olaraq, təsadüf nəticəsində aşkar olunan, biopsiyada normal selikli qişa nümayiş etdirən potensial çölyak xəstəliyi də mövcuddur.

Xəstəliyin diaqnozu

Seliakiya xəstəliyi hər yaşda müşahidə edilə bilər. Xəstəliyə şübhə olarsa, ilk növbədə qan analizi verilməli və müayinə edilməlidir. Anticisimlər müəyyən edildikdən sonra diaqnozu təsdiqləmək məqsədilə nazik bağırsaqdan biopsiya götürülür.

Seliakiya xəstəliyi əksər hallarda irsi olduğuna görə yaxın qohumlar (valideynlər, bacı-qardaş və övladlar), hətta simptomlar olmasa belə çölyak xəstəliyinin diaqnozunun qoyulması məqsədilə müayinə olunmalıdırlar. Həkiminizlə əlaqə saxlamamışdan əvvəl, qlütensiz pəhrizə başlamamaq vacib nüans sayılır. Əgər siz həkim məsləhəti olmadan pəhrizə başlasanız xəstəliyin diaqnozunun qoyulması üçün vacib olan anticisimləri qanda müəyyən etmək mümkün olmayacaqdır.

Müalicə

Əgər seliakiya xəstəliyinin diaqnozu təsdiqlənərsə həkiminiz sizə dərhal qlütensiz pəhrizə başlamağınızı tövsiyə edəcəkdir. Seliakiya xəstəliyinin yeganə effektiv müalicəsi ümumiyyətlə tərkibində qlüten olan qidalardan həmişəlik imtina etmək sayılır. Sadəcə qlütensiz pəhrizə riayət etmək də qısa müddət ərzində sağalmanın baş verməsinə səbəb ola bilir. Seliakiya xəstəliyindən əziyyət çəkən şəxslərin əksəriyyəti qlütensiz pəhrizə başladıqdan qısa müddət sonra simptomsuz olur. Bununla yanaşı, nazik bağırsağın selikli qişasının regenerasiya prosesi bir neçə ay davam edə bilir.

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

83

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

86

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

181

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

83

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

95

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

114

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

92

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

158

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

100

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

111

0
Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

102

0
Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

21:39 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

113

0