Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
3128
01.04.2021, 20:58
Tibdə osteosarkoma, el dilində sümük şişi adlı xəstəlik zamanı sümüklərdə və oynaqlarda şişlər görülür.
Uşaq və gənc yaşlarda daha çox rast gəlinən bu xəstəlik bəzən adi bir rentgen çəkimi zamanı təsadüfən aşkarlanır.
Əksərən xoş xassəli olur, xəstəyə heç bir ağrı, narahatlıq vermir və əlaməti olmur.
Lakin bəd törəmələr də ola bilər.
Sümük xərçəngi ilk başda sümük hüceyrələrində baş verən dəyişiklikdən qaynaqlanır. Daha çox ayaq və qollarda özünü göstərir.
Ayaqda dizə yaxın yerdə, diz arxası çökəkdə, qolun çiyin hissəsinda çox yaranır. Nadir halda kürək və çənə sümüklərində də ola bilər.
Əlamətləri:
Uzun müddətli ağrılar, heç bir maz, ağrıkəsici, müalicənin təsir etməməsi
Şişkinlik, qızartı, ağrı nahiyəsində əllədikdə hiss olunan kütlə, sərtlik, düyünlük,
bununla yanaşı iştahsızlıq, halsızlıq, qızdırma və hərəkətlərdə geriləmə müşahidə olunursa, mütləq rentgen və MRT çəkilməli, onkoloqa müraciət edilməlidir.
Sümük xərçənginin tipləri:
Multipl miyelom – birincili sümük şişidir. Bədxassəlidir. İstənilən sümükdə yaranır və 50 yaşdan sonra üzə çıxır.
Osteosarkoma – yeniyetmələrdə, gənclərdə, sümük böyüyən dövrdə, daha çox ayaq, diz nahiyəsində görülür.
Eşinq sarkomu – 5-20 yaş arası görülür, geniş, yumşaq kütlə ilə birlikdə sümük yayılması olur. Qabırğalarda da rast gəlinir.
Kondrosarkom – 40-70 yaş arasında rast gəlinir. Ayaq və kürəkdə ola bilir.
Metastatik şişlər – sümüyədigər orqanların xərçəngi zamanı sıçrayan şişdir. Bu zaman sümüklər nazikləşir, qırılır.
Kimlər risk altındadır?
Çoxunun səbəbi bilinmir, amma kişilərdə, travma alanlarda, gənc yaşda idmanla düzgün məşğul olmayanlarda, sümükləri normadan tez və çox uzananlarda, sümüklərin digər xəstəliklərində əmələ gəlir.
Müalicəsi:
Diaqnoz qoyulan kimi travmatoloq, onkoloq, radioloq tərəfindən dərman kimya terapiya, şüa, orqan qorumaq şansı olan zaman əməliyyatsız müalicə, mümkün olmadıqda həmin sümüyün götürülməsi aparılır.
00:34 / 13 Noyabr 2026
33
00:18 / 13 Noyabr 2026
49
00:17 / 13 Noyabr 2026
61
23:53 / 12 Noyabr 2026
381
23:51 / 12 Noyabr 2026
61
23:40 / 12 Noyabr 2026
105
23:34 / 12 Noyabr 2026
76
23:24 / 12 Noyabr 2026
450
23:20 / 12 Noyabr 2026
77
23:19 / 12 Noyabr 2026
79
23:18 / 12 Noyabr 2026
83
23:12 / 12 Noyabr 2026
83
23:03 / 12 Noyabr 2026
86
23:02 / 12 Noyabr 2026
181
22:59 / 12 Noyabr 2026
83
22:55 / 12 Noyabr 2026
95
22:49 / 12 Noyabr 2026
114
22:40 / 12 Noyabr 2026
92
22:24 / 12 Noyabr 2026
158
22:21 / 12 Noyabr 2026
100
22:13 / 12 Noyabr 2026
111
21:55 / 12 Noyabr 2026
102
21:39 / 12 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.