Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
2601
26.03.2021, 17:49
Cinsi əlaqə zamanı bir çox xəstəliklərə yoluxma hallarının mümkünlüyü çoxlarına məlumdur və bundan qorunmaq yolları var. Amma öpüş vasitəsilə hansısa yoluxucu xəstəliyə tutlmağın mümkünlüyü haqda çoxları bilmir.
Öpüşmə yolu ilə cinsi əlaqə zamanı ötürülən xəstəliklərə yoluxma ehtimalı minimumdur. Amma ağız suyunun mikroçatlar vasitəsilə təması nəticəsində bir sıra xəstəliklərin ötürülməsi mümkündür.
Medicina.az öpüşlə keçən əsas xəstəlikləri təqdim edir.
•QİÇS – AİDS rəsmi olaraq tibb tarixində cəmi bir dəfə bu yolla yoluxma hadisəsi qeydə alınıb. Ona görə də bu xəstəliyin ağız vasitəsilə yoluxması bir qədər şübhə doğurur.
•Papilloma - 2009-cu ildə bu virusun öpüş və oral seks vasitəsilə yoluxduğu təsdiqlənib.
•Siflis – bu xəstəliyin oral seks vasitəsilə keçməsi faktının mümkünlüyü rədd edilmir. Amma yoluxma riski ağız və dodaq hissədə yara və çatların olduğu zaman mümkündür.
•Süzənək – indiyə qədər tibb tarixində cəmi bir yoluxma qeydə alınıb. Partnyoru süzənək xəstəsi olan qadınln oral seksdən sonra bu xəstəliyə yoluxma şansı çox yüksəkdir.
•Epşteyn-Barr virusu (monokulyoz) – bu virus ağız vasitəsilə ötürütüldüyünə görə yoluxmuş şəxsin uşaqları öpməsi və immuniteti aşağı olan insanlarla öpüşməsi, eyni qab-qacaqdan istifadə etməsi yolverilməzdir.
•Sitomeqalovirus – risk qrupuna əsasən hamilə qadınlar daxildir. Buna görə də qadınlar hamilə qalmazdan əvvəl qanlarında bu infeksiyanın olub-olmadığını yoxlatmalıdırlar.
•Herpes – bu virus dodaqlarda özünü büruzə verdikdə daha təhlükəli hesab olunur. Belə ki, qeyri-aktiv vəziyyətdə dünya əhalisinin 90%-də bu virusa rast gəlinir.
•Helikobakter pilori – mədədə qastritə səbəb olan bakteriyadır. Aşağı immunitetli və disbakteriozlu xəstələrin bu infeksiyaya yoluxma şansları daha çoxdur. Səbəb isə orqanizmin qoruyucu funksiyalarının aşağı olması və bakteriyaların patogen təsirlərinə qarşı müqavimət göstərməməsidir. Ona görə də bu infeksiyası olan şəxslər öpüşməzdən əvvəl mütləq immunitetlərini yüksəltməlidirlər.
Bütün bu sadalanan təhlükələrdən uzaq olmaq üçün ağız boşluğunun selikli qişası ilə təmasda olan əşyaları dezinfeksiya etməli, ağız boşluğunu furasilin, miromastin və s. kimi antiseptik maddələrlə yaxalamaq məsləhətdir.
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.