Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4913
az

Anaların kabusu: uşağın saçına bit düşərsə..

02:3001 Sentyabr, 2018
969
TİBB
  • A
 Bitlər yaşamaq və çoxalmaq üçün insan qanına ehtiyac duyan parazitlərdir. Yetkin bir bit təxminən bir küncüt dənəsi böyüklüyündədir.
Saç biti insan saçında yaşayan və çoxalan, çox kiçik, qanadsız, gündə 2-8 dəfə qan əmərək qidalanan boz böcəklərdir. Bit baş dərisinə yapışıb qanı əmir və yumurtlayaraq çoxalır. "Sirkə" adlanan yumurtaları isə saça möhkəmcə yapışıb qalır. Kəpəkdən fərqli olaraq onlar silkələməklə və ya daramaqla saçdan ayrılmır. Bu yumurtalar bir müddətdən sonra canlı parazitlərə çevrilir.
Saç biti insan bədəni xaricində yalnız 48 saat yaşaya bilər və ev heyvanları üstündə yaşaya bilməz. Sirkə isə insan bədəni xaricində parça və adyal üzərində 10-15 gün ölmədən yaşaya bilər.
Bit baş dərisinə yapışdıqdan sonra qanı əmir. Parazit yaraya xüsusi ferment ifraz edir ki, qan qatılaşmasın. Bu isə dözülməz dərəcədə qaşınmaya səbəb olur. Qaşınmış yerlər irinləyə bilər. Uşaq narahat olur, daim diskomfort hiss edir, tez-tez başını qaşıyır. Bu halda uşağın baş və boyun dərisinə fikir verin. Kiçik boz-mavi ləkələr, qaşınmış sahələr pedikulyozun (bitlərlə yoluxma) əlaməti ola bilər. Uşağın saçlarını isladın və diqqətlə yoxlayın. Xüsusilə gicgahlara, qulaqların arxasına, ənsə nahiyəsinə və boynundakı saçlara fikir verin. Bitlər çox tez hərəkət etdiyi üçün onları tapmaq çətindir, lakin sirkələri tapmaq çox asandır. Bit saçlı dəridə təxminən 30 günə qədər canlı qalır. Saçdan təmizləndikdən sonra 1-2 gün sağ qalan bitlər uça bilməsə də, yaxın təmas olarsa, bir başdan o biri başa keçirlər. Bitin keçmə yolları saç fırçaları, daraqlar, saç aksessuarları, hətta papaqlar ola bilər.
Nəzərə almaq lazımdır ki, pedikulyozdan heç kəs sığortalanmayıb. İnsanların əksəriyyəti fikirləşir ki, bu yalnız yoxsulların, dilənçilərin xəstəliyidir. Lakin bu belə deyil.
Bitlər diskomfortdan əlavə hal hazırda nadir rast gəlinən çox ağır yatalaq xəstəliyinin törədicisi olan mikrobu bir insandan digərinə daşıyır. Qaşınma zamanı həşərat əzilə bilər və mikrob qana düşə bilər. Bu yatalaq xəstəliyinin inkişafına səbəb olur.
Bit təmizlənməsi üçün bildiyimiz ənənəvi yollar var. Məsələn, saatlarla oturub sirkə və biti başdan təmizləmək olar. Bitlər hərəkət etdiyindən çox vaxt yumurtaları tutmaq daha asandır. Bitləri daha aydın görüb tuta bilmək üçün isə qulaq arxaları və boyundan saç diblərinə yaxşı işıqlandırılmış bir mühitdə nəzər yetirilməlidir.
Digər üsullar arasında - qatran sabunu, ağ neft, sirkə və s. Nəzərə almaq lazımdır ki, bu vasitələrin effektivliyi aşağı ola bilər. Bu səbəbdən xüsusi müasir preparatlardan istifadə etmək lazımdır. Bu preparatları pediatr təyin etməlidir. Müasir preparatlar çox effektlidir və hətta 1 istifadədən sonra pedikulyozdan yaxa qurtarmaq mümkündür.
Müalicə ilə yanaşı uşağın bütün paltarları, ağları yuyulmalı və ütülənməlidir, evdə bütün səthlər diqqətlə silinməlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb