Pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb - NAZİRLİK
12 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
944
25.03.2026, 19:47
Baku TV Bibiheybət qəsəbəsində yerləşən, istismar müddətini başa vurmuş gəmilərin saxlanıldığı ərazidən – “gəmi qəbiristanlığı”ndan reportaj hazırlayıb.
Oxu24.com xəbər verir ki, bildirilir ki, vaxtilə Xəzər sularında fəaliyyət göstərmiş bu gəmilər bu gün artıq tarixə qovuşub. Ərazidə Əli Əmirov, Sabit Orucov, Samir Quliyev kimi tanınmış şəxslərin adlarını daşıyan gəmilər də mövcuddur.
Hazırda “gəmi qəbiristanlığı”nın bir hissəsi həvəskar balıqçıların məkanına çevrilib. Uzun illərdir burada balıq ovu ilə məşğul olan Fikrət Tahirov deyir ki, alternativ məkanların azlığı səbəbindən balıqçılar bu əraziyə üz tuturlar:
“Beş ildən çoxdur ki, şəxsi qayığımla kütüm ovuna çıxıram. Həvəskar balıqçıların gedəcəkləri başqa yer yoxdur. Bura qəbiristanlıq deyil. 3-4 dənə köhnə, istifadəyə yararsız gəmi var, yəqin ki, onları da doğrayıb aparacaqlar”.
Sözügedən ərazidə yer alan “Aura” gəmisi 2015-ci ildə fəaliyyətini dayandırıb. “Əli Əmirov” geoloji kəşfiyyat gəmisi isə vaxtilə 200 metr dərinlikdəki quyuların şlanq-kabel üsulu ilə qazılması proseslərini həyata keçirməklə yanaşı, dalğıc işlərinin icrasında da istifadə olunub.
Gəmilər arasında xüsusi maraq kəsb edən “Sabit Orucov” gəmisidir. SSRİ qaz sənayesi naziri postunda çalışan Sabit Orucovun adını daşıyan gəmi 1990-cı il 20 yanvar hadisələri zamanı Bakı buxtasında tarixi rol oynayıb. Həmin günlərdə Bakı buxtasında olan bütün mülki gəmi kapitanlarının məşvərət komitəsi və əməliyyat qərargahı məhz bu gəmidə fəaliyyət göstərib. “Sabit Orucov” gəmisi müqavimətin mərkəzinə çevrilib, Bakı buxtasına giriş-çıxışın bağlanmasında əsas rol oynayıb.
Buraya tərk edilən gəmilərin sonrakı taleyi ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib ki, həmin gəmilərin saxlandığı ərazi onların səlahiyyətində deyil. İstismar müddəti bitən gəmilər isə bir qayda olaraq doğranmağa göndərilir.NOCOMMENT.az
23:53 / 12 Noyabr 2026
4
23:40 / 12 Noyabr 2026
57
23:34 / 12 Noyabr 2026
55
23:24 / 12 Noyabr 2026
216
23:20 / 12 Noyabr 2026
63
23:19 / 12 Noyabr 2026
46
23:18 / 12 Noyabr 2026
65
23:12 / 12 Noyabr 2026
67
23:03 / 12 Noyabr 2026
76
23:02 / 12 Noyabr 2026
161
22:59 / 12 Noyabr 2026
73
22:55 / 12 Noyabr 2026
85
22:49 / 12 Noyabr 2026
100
22:40 / 12 Noyabr 2026
78
22:24 / 12 Noyabr 2026
141
22:21 / 12 Noyabr 2026
87
22:13 / 12 Noyabr 2026
101
21:55 / 12 Noyabr 2026
96
21:39 / 12 Noyabr 2026
103
21:26 / 12 Noyabr 2026
1149
21:19 / 12 Noyabr 2026
113
21:04 / 12 Noyabr 2026
110
20:55 / 12 Noyabr 2026
382
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.