Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
30 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4069
25.03.2026, 18:37
Son günlər televiziyalar,onların efirləri və rəhbərləri ən çox müzakirə olunan mövzulardandır.
Artıq bir müddətdir ki,efirlərdə ciddi dəyişikliklər edilib. Bu,həm qonaqlarda,həm də verilişlərin aparıcılarında və mövzularında da hiss olunur.
Sosial şəbəkələrdə müzakirələr fonunda televiziya rəhbərlərinin kimliyi də maraq doğurur.Çünki televiziyanın idarə olunması,efir siyasəti və digər məqamlar rəhbərlikdən çox böyük məsuliyyət tələb edir.
Azərbaycanda İctimai Televiziyanın digər telekanallara nisbətən ictimai xəbər yükü daha ağırdır.Bu,telekanal istər maliyyə mənbəyi,istər idarəçilik və rəhbərlik cəhətdən digər kanallardan seçilir.
Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzaladı. İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. İctimai Televiziya Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın bu başlıca prinsipini rəhbər tutaraq fəaliyyət göstərir.
Qanunla müəyyən edilən səlahiyyətləri Yayım şurası və Baş direktor tərəfindən həyata keçirilir.
Yayım şurasının üzvləri, Baş direktor və onun müavinləri heç bir siyasi partiyanın üzvü ola bilməzlər.
İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımovdur.O, 2018-ci ildən bu vəzifəni icra edir. Balakişi Qasımov İqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur.
O,kanalı 3 müavinlə birlikdə idarə edir.
Murad Hüseynov,Günel Osmanova,Tural Sevdimalı baş direktorun müavinləridir.

Aleksey Ulanov Beynəlxalq layihələr üzrə Baş direktorun müşaviri,Yalçın Verdiyev -Yaradıcı məsələlər üzrə Baş direktorun köməkçisi,Fateh-İctimai radionun direktoru,Minijə Cəfərli-Proqram direktorluğunun direktoru,
Əfsər Dadaşov-Maliyyə departamentinin direktorudur.
Oxu24.com İctimai Televiziyaya rəhbərlik edən şəxsin kimliyi barədə məlumatı təqdim edir.
B.Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub."Kim? Harda? Nə vaxt?" elitar klubunun oyunçusu, Azərbaycanda "Kim? Harda? Nə vaxt?" oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.
O, orta təhsili Bakı şəhərindəki 1 saylı orta məktəbdə alıb. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.
2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə "Kim? Harda? Nə vaxt?" oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olub. "Kim? Harda? Nə vaxt?" üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olmuşdu.
Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilib.
2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.
O, 2019-cu il aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
21 iyul 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Hazırladı: Miri Məcidli
23:02 / 30 Sentyabr 2026
66
22:17 / 30 Sentyabr 2026
1305
22:16 / 30 Sentyabr 2026
84
21:40 / 30 Sentyabr 2026
120
21:12 / 30 Sentyabr 2026
834
21:10 / 30 Sentyabr 2026
66
20:44 / 30 Sentyabr 2026
69
20:38 / 30 Sentyabr 2026
247
20:33 / 30 Sentyabr 2026
72
20:10 / 30 Sentyabr 2026
125
20:10 / 30 Sentyabr 2026
89
19:50 / 30 Sentyabr 2026
86
19:35 / 30 Sentyabr 2026
458
19:26 / 30 Sentyabr 2026
217
19:26 / 30 Sentyabr 2026
87
19:23 / 30 Sentyabr 2026
74
19:21 / 30 Sentyabr 2026
86
19:15 / 30 Sentyabr 2026
76
19:12 / 30 Sentyabr 2026
95
19:01 / 30 Sentyabr 2026
103
18:53 / 30 Sentyabr 2026
152
18:45 / 30 Sentyabr 2026
121
18:29 / 30 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.