Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4715
az

Gözünüzün ağında ləkə varsa TƏCİLİ HƏKİMƏ GEDİN - Kor ola bilərsiniz

10:4724 Avqust, 2018
939
TİBB
  • A
Bir müddətdir, istər böyüklər, istərsə də uşaqlar arasında göz agenda və qapağında ləkə və şişliklər yaranması və yayılması halı artıb. Göz isə həssas nahiyə olduğundan, yaranan hər bir problem insanı təşvişə salır.
 
Bəs bu hallar nədən qaynaqlanır?

Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən Acıbadem Kocaeli Xəstəxanasının oftalmoloqu Azmiyye Altınışık daha çox uşaqların göz qapağında və göz ağında çıxan, el arasında çiban adlandırılan ləkələrin adətən bakterial və viral səbəbli olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə su çiçəyi, qızılca, herpes xəstəliyi göz bəbəklərində, bəzən buynuz qişalarında yaralara səbəb ola bilər:

"Həddindən çox yorğunluq, halsızlıq, immunitetin kəskin aşağı düşməsi, yuxusuzluq nəticəsində də bu növ ləkələr yarana bilir. Belə halla qarşılaşan zaman təcili oftalmoloqa müraciət edilməlidir. Diaqnoz qoyulmalı və səbəbə görə müalicə edilməlidir.Viral kökənli infeksiyalarda orqanizmdə su çiçəyinin digər əlamətləri də görülə bilər. Bakterial səbəbli ləkələr zamanı isə sadəcə gözdə ləkələr görünür”.

Oftalmoloq belə ləkələrin müalicə edilmədiyi təqdirdə ciddi fəsadlar törədə biləcəyini vurğulayıb.

"Hətta korluğa belə səbəb ola bilər”, - deyə Altınışık qeyd edib.

Bəs bu xəstəliyin qarşısını necə almaq olar?

Bu sualı da cavablandıran mütəxəssis qorunmaq üçün zamanında peyvəndlərin vurulmasının vacib olduğunu söyləyib:

"Həmçinin belə xəstəliyi keçirən insanlardan uzaq durulmalıdır. Kirli əllərlə gözləri qaşımaq, ovalamaq olmaz. Əllər və gözləri yuyaraq qarşısını nisbətən də olsa ala bilərik”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat