Kişilər bu qidalardan YEMƏLİDİRLƏR
22 May 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1938
19.10.2020, 16:50
Hindistanın ən gənc astroloqu Abiqya Anand ötən ilin noyabrında dünyada xəstəlik və virusun yayılacağı barədə proqnozunu öncədən verməsi ilə gündəmə gəlib. Astroloqun pandemiyadan aylar öncə youtube kanalında proqnozlar verdiyi video sonradan gec üzə çıxsa da, onun hesablamaları alimləri belə heyrətə gətirib. Bundan sonra hər kəs bu astroloqu izləməyə başlayıb.
Oxu24.com xəbər verir ki, Anand yeni bir proqnoz verib. Onun açıqlamasını təqdim edirik:
Onun astoloji hesablamalarına görə, planeti bu ilin son ayında, yəni dekabrda böyük sınaq və fəlakət gözləyir.
“Planetlərin düzülüşü insanlığın bundan sonra var olması və normal yaşaması üçün çətin şərtlər irəli sürüləcəyini göstərir. Bəşəriyyətin böyük sınağı 2 ay sonra, 2020-ci ilin dekabrda olacaq.
Yupiter və Saturn həmin ərəfədə maksimal dərəcədə yaxınlaşacaq və bu böyük problemlər deməkdir.
240 il davam edən orta kosmik tsikl bu ərəfədə başa çatacaq və başqa tsikllə növbələşəcək. Kosmik tsiklin yenisinə keçməsi isə həmişə fəlakətlər, xəstəliklərin alovlanması ilə yadda qalır. Bu dəfə isə böyük suların qalxmasını və yeri basmasını görürəm”
Astroloqun sözlərinə görə, Yer üzündə geniş subasmalar ola biləcək. Astroloq rolikdə deyib ki, bu subasma aclıq illərinə gətirib çıxaracaq. Əkin və təsərrüfat sahələri su altında qalacaq. İnsanların aclıqdan immuniteti kəskin düşəcək, infeksiyalar daha da yayılacaq. Pandemiya isə davam edəcək və daha da güclənəcək.
İnsanların çoxdandır təbiətlə və sağlam qida ilə əlaqəsi itib, immunitetləri zəifdir. İnsan orqanizminin bu fəlakətlərə tab gətirməməsi təəccüb doğurmur.
“İnsanlar zəhərli qidalar və su içir. Su basmadan sonra bu qidalardan da əli üzüləcək. İnsanlar özlərini qorumaq üçün yeməklərinə fikir verməli, təmiz qidalanmalıdır. Ət az yeməlidir. Daha çox meyvə-tərəvəz yeyin, çünki bu ehtiyat sizə irəlidə lazım olacaq. Sarıkök və limonu bol edin”.
Eləcə də dekabrın 20-dən sonra dünyada bir çox ölkələrdə hakimiyyət krizisi və dəyişikliyi gözlənilir. Dünyada qlobal siyasi dəyişikliklər olacaq, 4 əsas rəhbərdən biri taxtından enəcək.
14:55 / 23 May 2026
144
14:53 / 23 May 2026
61
14:51 / 23 May 2026
57
11:44 / 23 May 2026
78
11:41 / 23 May 2026
100
11:40 / 23 May 2026
81
10:08 / 23 May 2026
147
01:03 / 23 May 2026
264
00:16 / 23 May 2026
554
00:09 / 23 May 2026
495
00:06 / 23 May 2026
255
00:04 / 23 May 2026
190
00:00 / 23 May 2026
476
23:49 / 22 May 2026
175
23:45 / 22 May 2026
633
23:43 / 22 May 2026
426
23:38 / 22 May 2026
317
23:30 / 22 May 2026
271
23:30 / 22 May 2026
159
23:19 / 22 May 2026
180
23:18 / 22 May 2026
203
23:14 / 22 May 2026
216
23:02 / 22 May 2026
1024
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.