Mayonez ürəyə ziyandır?
16 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1099
08.07.2020, 23:18
Koronavirus xəstələrinin ailə üzvlərinin testləri neqativ çıxmağına baxmayaraq, COVID-19-a qarşı immunitetli ola bilərlər. Alimlər bu fenomeni "səssiz immunitet" adlandırıb.
Oxu24.com xəbər verir ki, bu, standart testlə, yəni antikorların qan analizindən istifadə edərək aşkar edilə bilməz, ancaq infeksiyaya qarşı mübarizə aparan "yaddaş" T hüceyrələrini müəyyən etməklə ortaya çıxa bilər.
T hüceyrələri bədənin əsas silahıdır, virusları öldürmək üçün sümük iliyindəki ağ qan hüceyrələrindən ifraz olunur. İmperator Kollecinin və İngilis İmmunoloqlar Cəmiyyətinin alimləri bildirib ki, yoluxmuş şəxslərlə yaşayanların dörddə üçü (səkkizindən altısı) bu cür "sakit" və ya gizli immunitetə sahib olur.
"Qanda antikorları olmayanlar T hüceyrə reaksiyasına daha dərindən reaksiya verirlər", - deyə immunoloq və mütəxəssislər bildirib. Bu, yeni tip koronavirus testlərinin perspektivini açır.
Tədqiqatlar Avropanın müxtəlif şəhərlərində aparılıb. Təcrübə iştirakçıları ən azı bir nəfərin yoluxmuş olduğu ailələr olub. Alimlər bəzi insanların yaxınlarından infeksiya almadıqlarını, lakin antikor testinin mənfi olduğunu diqqətə çatdırıb. T hüceyrələrini sınamağa başlayanda məlum olub ki, yarıdan çoxu hələ də virusdan qoruyur.
"COVID-19 immunitetinin qeyri-adi göründüyünə dair sübutlar var, çünki bəzi insanlar yalnız yaddaş T hüceyrələrindən immuniteti göstərirlər", - İmperator Kollecinin professoru Deni Altmann deyib.
19:40 / 17 Noyabr 2026
37
19:39 / 17 Noyabr 2026
29
19:28 / 17 Noyabr 2026
131
19:21 / 17 Noyabr 2026
51
19:14 / 17 Noyabr 2026
64
19:09 / 17 Noyabr 2026
67
19:06 / 17 Noyabr 2026
166
18:57 / 17 Noyabr 2026
91
18:55 / 17 Noyabr 2026
84
18:50 / 17 Noyabr 2026
88
18:40 / 17 Noyabr 2026
365
18:38 / 17 Noyabr 2026
84
18:28 / 17 Noyabr 2026
88
18:21 / 17 Noyabr 2026
97
17:59 / 17 Noyabr 2026
103
17:49 / 17 Noyabr 2026
96
16:51 / 17 Noyabr 2026
117
16:34 / 17 Noyabr 2026
128
16:29 / 17 Noyabr 2026
119
16:21 / 17 Noyabr 2026
139
16:12 / 17 Noyabr 2026
125
15:57 / 17 Noyabr 2026
158
15:43 / 17 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.