Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 10 ayda 401 mindən çox "ASAN İmza" sertifikatı verilib 

Azərbaycanda 10 ayda 401 mindən çox \"ASAN İmza\" sertifikatı verilib 

CƏMİYYƏT

27

17.11.2026, 12:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin yanvar-oktyabr aylarnda Azərbaycanda 401 349 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % azdır.

Hesabat dövründə "ASAN İmza"lar 253 774 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 8 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.