Stomatoloq: “Gec müraciət diş itkisinə səbəb olur”
12 May 2026, 13:48
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1014
15.06.2020, 10:59
Almaniyanın “Der Spiegel” nəşri dərc etdiyi bir məqalədə koronavirusun sirrini açmağa və pandemiya ilə bağlı əsas suallardan birinə cavab tapmağa çalışıb – Niyə bəziləri ölür, digərləri isə virusun varlığını hiss etmir?
Qazet.az xəbər verir ki, məqalədə kimin risk zonasında olduğunu və COVID-19-un immunitetə necə təsir göstərdiyini izah edən ekspert rəyləri yer alıb.
İndiyədək 400 mindən çox insan yeni növ koronavirusdan həyatını itirib. Virus yoluxanların təkcə ağciyərlərinə deyil, ürək, qan damarlarına və beyninə də təsir edib. Yoluxanların yarısından çoxu xəstəliyi asimptomatik olaraq keçirib.
“Der Spiegel”ə verdiyi açıqlamada Regensburg Universiteti Xəstəxanasının yoluxucu xəstəliklər mütəxəssisi Bernd Zaltzberger “milyonluq” suala cavab verməyə çalışıb.
Onun sözlərinə görə, COVID-19-un özəlliyi şiddətli iltihaba səbəb olmasıdır. Məsələ burasındadır ki, bəzi koronavirus xəstələrində immun sistemi qanda dövr edən və yoluxmuş toxumalara təmas etdikdə makrofaqlara çevrilən hüceyrələri aktivləşdirir. Həmin hüceyrələr xəstəliyin törədicisini və ya zədələnmiş hüceyrələri tanıyırlarsa, birbaşa onlara doğru yönəlir, onları əhatə edir və udurlar. Buna görə də onlar “yeyən hüceyrələr” və ya faqositlər adlanır.
Lakin ekspert qeyd edir ki, bu hüceyrələr virusa qarşı müqavimət göstərə bilmədiyi üçün problemlər meydana gəlir.
İmmun sistemi təhlükənin keçdiyini hər zaman anlaya bilmir və iltihaba səbəb olan faqositləri aktivləşdirməyə davam edir. Bu fenomen digər koronavirus və Sars-CoV-2-nin qohumu olan MERS patogeni nümunəsində də görünür.
“Bir növ açar olmalıdır”, – deyə Zaltsberger qeyd edib. “Hələ də hansı faktorların rol oynadığını dəqiq bilmirik”.
“Bu vəziyyətdə risk faktorlarının yaşlılıq, piylənmə, yüksək təzyiq və şəkərli diabet olduğunu tədiqləyə bilərik, lakin bunlardan hansının ən təhlükəli olduğu hələ də dəqiq deyil”.
Güman ki, xəstəliyin gedişatında genetik amillər də rol oynayır. Mütəxəssislər bəzi genetik mutasiyaların immun sisteminin normadan artıq reaksiyasına səbəb olduğunu bildirir. Bundan əlavə, tədqiqatçılar bir həqiqəti ortaya çıxara biliblər – kişilər qadınlara nisbətən xəstəliyi daha ağır keçirirlər.
“Cavab tapmağa çalışdığımız suallardan biri: Niyə kişilər xəstəliklə mübarizədə qadınlardan daha çox əziyyət çəkirlər? X xromosomundakı genetik dəyişikliklər bu məsələdə böyük rol oynaya bilər. Qadınlarda bu xoromosomdan iki ədəd mövcuddur. Birində nə isə yanlış olduqda, digəri çox vaxt onu sığortalayır. Kişilərdə isə bir X və bir Y xromosomu var”, – deyə Zaltsberger vurğulayıb.
Xəstəliyi asimptomatik keçirməyin sonradan bədəndə hansısa qalıcı fəsadlara yol açıb-açmadığı da məlum deyil. Bu ilin yanvarında Britaniyanın “Diamond Princess” adlı kruiz gəmisində koronavirus testi müsbət çıxan sərnişinlərin bəziləri heç bir simptom hiss etmədiklərini bildirmişdilər. Lakin sonradan həmin şəxslərdə COVID-19 üçün xarakterik olan ağciyər dəyişiklikləri aşkar edildi. Bununla belə, hələ də bu dəyişikliklərə koronavirusun səbəb olub-olmadığı tam aydınlaşdırılmayıb.
16:55 / 12 May 2026
47
16:53 / 12 May 2026
43
16:27 / 12 May 2026
86
16:11 / 12 May 2026
76
15:49 / 12 May 2026
72
15:42 / 12 May 2026
119
15:31 / 12 May 2026
74
15:30 / 12 May 2026
593
15:26 / 12 May 2026
383
15:15 / 12 May 2026
84
15:04 / 12 May 2026
75
14:55 / 12 May 2026
74
14:50 / 12 May 2026
72
14:44 / 12 May 2026
79
14:38 / 12 May 2026
72
14:35 / 12 May 2026
82
14:25 / 12 May 2026
67
14:23 / 12 May 2026
95
14:21 / 12 May 2026
83
13:49 / 12 May 2026
495
13:48 / 12 May 2026
103
13:34 / 12 May 2026
91
13:11 / 12 May 2026
913
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.