Sevimli insanı yanında saxlaya bilmək ən çətin və insanı həmişə narahat edən problemlərdən olub. Yadda saxlayın ki, heç də universitet diplomlarınız sevdiyiniz insanı yanınızda saxlamq üçün kifayət etməyəcək. Özünüzü öyməkdənsə sevdiyiniz insanın xarakterini və vərdişlərini öyrənməyə çalışın.
Heç kim üçün sirr deyil ki, bir çox ciddi xarakterli, eyni zamanda cəzbedici görünüşlü və ağıllı qadınlar tək yaşayırlar, ancaq bir çox önəmsiz görünüşlü və o qədər də ağıllı olmayan qızlar isə öz sevdikləri ilə xoşbəxt yaşayırlar. Psixoloqların fikrincə, xoşbəxt olmaq, üzünmüddətli və harmonik münasibətlər üçün heç də Oksord Universitetinin diplomu və model görünüşlü olmaq kifayət deyil.
Daha çox sirli olmaq
Bu xüsusiyyət həmişə kişiləri cəlb edir. Məsələn, özünü növbə ilə gah güclü, gah zəif, gah da köməyə ehtiyacı olan biri kimi göstərmək olar.
Maddi cəhətdən asılı olmamaq
Çalışın ki, mümkün qədər maddi cəhətdən ondan asılı olmayasınız. Ona özünüzün zəif duyğularınızı da göstərməyin, məsələn, " Sən məni sevirsən? Məni atma" kimi ifadələr işlətməyin. Qoy sizin sevdiyiniz insan elə hiss etsin ki, siz ona o, sizə lazım olandan daha çox əzizsiniz.
Bütün diqqətinizi ona yönəltməyin.
O hiss etməlidir ki, sizin ondan başqa çoxlu sayda əlavə işiniz və maraqlarınız da var. Rəqsə, fitnesə, dil kurslarına yazılın, rəfiqələrinizlə görüşün. Qoy o, hiss etsin ki, sizin onsuz zəngin bir həyatınız var. Kişi qadınını mütləq iddialı və məqsədli görməlidir.
Onun üçün sevimli yeməklərini hazırlayın
Çalışın vaxtaşırı ona onun sevdiyi yeməkləri hazırlayasınız.
Yataqda riyakar olmayın
İntim münasibətlər zamanı sərbəst olun və onu və özünüzü razı salmağa çalışın.
Ən son məsləhət: heç vaxt pis fikirləşməyin, öz istədiyiniz kimi yaşayın. Oxu24.com
ŞƏRHLƏR