İran Trampı öldürməyə hazırlaşır: MOSSAD məlumat yaydı
15 Noyabr 2026, 11:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
779
22.12.2025, 18:50
Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki məktəbdə Tacikistandan olan oğlan uşağının ölümü ilə bağlı Prezident Emaməli Rahmona başsağlığı verib.
Oxu24.com xəbər verir ki, Putin Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində Tacikistan lideri ilə ikitərəfli görüşündə məlum cinayətə görə məsuliyyət daşıyanların cəzalandırılacağına söz verib.
"Əvvəlcə sizə və bir neçə gün əvvəl vəfat edən Tacikistandan olan oğlanın ailəsinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Uşaqlara qarşı terror hücumları xüsusilə dəhşətli bir cinayətdir və şübhəsiz ki, istintaq sona qədər aparılacaq və məsuliyyət daşıyanlar mütləq tam cəzalandırılacaqlar. Təkrar edirəm, bu cinayətdən sadəcə şoka düşdüm. Artıq dediyim kimi, bu cür cinayətlər ümumiyyətlə ağlasığmazdır, lakin bu cür terror hücumları, xüsusən də uşaqlara qarşı törədildikdə dərin hisslər oyadır. Xahiş edirəm, mərhum oğlanın ailəsinə ən səmimi başsağlığımı çatdırın", - Rusiya Prezidenti vurğulayıb.
Qeyd edib edək ki, dekabrın 16-da Moskva vilayətinin Odintsovo rayonunda yerləşən orta məktəbdə milli-etnik zəmində cinayət hadisəsi baş verib. Məktəbin 9-cu sinif şagirdi Timofey K. həmin məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı milliyyətcə tacik olan Kabilcon Əliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
12:11 / 15 Noyabr 2026
4
11:52 / 15 Noyabr 2026
84
11:43 / 15 Noyabr 2026
56
11:29 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
77
11:10 / 15 Noyabr 2026
73
11:07 / 15 Noyabr 2026
425
10:50 / 15 Noyabr 2026
86
10:25 / 15 Noyabr 2026
240
10:21 / 15 Noyabr 2026
96
10:18 / 15 Noyabr 2026
93
10:12 / 15 Noyabr 2026
122
09:35 / 15 Noyabr 2026
461
07:35 / 15 Noyabr 2026
153
05:50 / 15 Noyabr 2026
149
01:35 / 15 Noyabr 2026
160
01:10 / 15 Noyabr 2026
177
23:59 / 14 Noyabr 2026
369
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
215
23:33 / 14 Noyabr 2026
176
23:23 / 14 Noyabr 2026
546
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.