13 min quş məhv ediləcək
15 Noyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
657
22.12.2025, 15:08
“Bu gün 300-ə qədər məhkum olunan şəxslər, həmçinin, istintaq təcridxanasında hələki haqqında hökm çıxarılmamış insanlar da azadlıqlarına qovuşa biləcəklər”.
Oxu24.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Amnistiya aktının icrası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, amnistiya şəxslərə deyil, maddələrə tətbiq edilir:
"Bu gün alternativ cəzalarla, 3500-dən artıq şəxs həbs cəzasını belə müəssisələrdə deyil, cəza bilərziyi ilə öz evlərində məsuliyyətlərini daşıyıb, məhkum edilmiş sayılırlar. Bu qərar cəmiyyətdəki barışa, insanlar arasındakı həmrəyliyə, sülhə xidmət etməklə yanaşı həm də cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmış olacaq. Bu, bir həqiqətdir ki, bizdə yeni müəssisələr sayca çox tikilmir və bu belə də olmalıdır. Dövlət həbsxanaların tikilməsini deyil, daha artıq dərəcədə cinayətlərin baş vermə səbəblərini aradan qaldırmağa can atır".
Deputat vurğulayıb ki, əhalinin yüz min nəfərinə düşən məhkum edilənlərin sayına görə Azərbaycan dünyada 56-cı yerdədir:
"Bu, yaxşı göstəricidir. ABŞ dünyada birinci yeri tutur və kriminallığın daha çox olduğu anlamına gəlir. Cəzaçəkmə müəssisələrində 27 mindən artıq məhkum edilən şəxslərin 40 faizə qədəri narkotiklə bu və digər əlaqəli, 20 faizə yaxını da oğurluq və bu kimi cinayət törədənlərdir.
Əminəm ki, gələcəkdə müalicə və reabilitasiya müəssisələri artıqca biz cəzaçəkmə müəssisələrində narkotik istifadəçilərini görməyəcəyik. Bu da bu müəssisələrə bu gərginliyi, basqını yaratmayacaq".
12:11 / 15 Noyabr 2026
4
11:52 / 15 Noyabr 2026
84
11:43 / 15 Noyabr 2026
56
11:29 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
73
11:20 / 15 Noyabr 2026
77
11:10 / 15 Noyabr 2026
73
11:07 / 15 Noyabr 2026
425
10:50 / 15 Noyabr 2026
86
10:25 / 15 Noyabr 2026
240
10:21 / 15 Noyabr 2026
96
10:18 / 15 Noyabr 2026
93
10:12 / 15 Noyabr 2026
122
09:35 / 15 Noyabr 2026
461
07:35 / 15 Noyabr 2026
153
05:50 / 15 Noyabr 2026
149
01:35 / 15 Noyabr 2026
160
01:10 / 15 Noyabr 2026
177
23:59 / 14 Noyabr 2026
369
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
215
23:33 / 14 Noyabr 2026
176
23:23 / 14 Noyabr 2026
546
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.