Laboratoriyada insan böyrəyi yaradıldı - 60 saat fasiləsiz işləyir
07 May 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
598
01.05.2020, 12:00
Xəstəliklərin çoxu əsəb və stresdəndir. Bəli düzdür. Hətta mədədə qastrit, xora da, mədə-bağırsaq pozulmaları da sinir mənşəli ola bilər.
Bir çox mədə xorası xəstələri olub ki, məsələn, yaxının ölümündən və itkisindən sonra qastrit, xora, hətta qanayan xora problemi ilə rastlaşıblar.
Oxu24.com bildirir ki, dünya qastroenteroloqlar birliyi özünütəcrid, karantin dövrünün stresi, həyəcanının mədəyə təsirsiz ötüşməyəcəyini bildirib.
Depressiya, təşviş, virusa görə qorunmaq tədbirləri, özünü gözləmə, orqanizmin daim hücum rejimində olması həzm sistemində dispepsiya, köp, müxtəlif nahiyələrdə sancı, ağrı, iştahın azalması ilə müşahidə olunur.
Gərgin psixi durum sinirlərin tonusunu artırır, nəticədə mədə şirəsinin sekresiyası normadna artıq ifraz olur, hansı ki, bu şirə turşu və pepsin tərkiblidir və zülalların parçalanması üçün lazımdır. Lazım olduğundan artıq şirə mədə selikli qişasının hüceyrələri üçün çox aqressivdir, ona görə mədədə stress xorası əmələ gəlir.
Həmçinin oxuyun
Evdə məcburi qapanma və dərdini, hiss etdiklərini heç kimə deyə bilməmək, doğmalarını da narahat etməmək problemləri içəridə basdırır və bu emosiyalar məzarlığı çox zaman qida borusu,mədə nahiyəsində olur. Evdə stresin təsirindən çox və zərərli yemək, iştaha kontrolun itməsi, fiziki aktivliyin olmaması mədəaltı vəz və qaraciyəri də yükləyir.
Mədəaltı vəzidə iltihab, pankreatit və ya insulin dirənci, qaraciyərdə isə hepatoz yaranır. Bu xəstəliklər çox gizli gedir, heç bir əlamət vermir, zamanla ağırlaşır.
Çoxları virusa görə zəncəfil və sarımsağa sarılıb. Amma bunlar da mədə xorası, qastritini artırır, mədə şirəsini çoxaldır, yaraları dərinləşdirir.
Nə yeməli?
Gündəlik rasionda yağsız mal, toyuq, hind quşu əti,balıq olmalı, sürtgəcdən keçirilmiş tərəvəz salatları və püre şorbalar, süd məhsulları, kərə yağında sıyıqlar, 1-2 ədəd yumurta, sobada bişmiş meyvələr, kompotlar, kisellər, bitki çayları olmalıdır. Tam taxıl və paxlaları köpü və xorası olmayanlar yeməlidir.
00:53 / 08 May 2026
184
00:49 / 08 May 2026
195
00:47 / 08 May 2026
183
00:37 / 08 May 2026
64
00:31 / 08 May 2026
79
00:25 / 08 May 2026
68
23:52 / 07 May 2026
195
23:27 / 07 May 2026
198
23:07 / 07 May 2026
248
22:49 / 07 May 2026
187
22:46 / 07 May 2026
467
22:39 / 07 May 2026
234
22:33 / 07 May 2026
188
22:10 / 07 May 2026
221
21:54 / 07 May 2026
232
21:43 / 07 May 2026
228
21:29 / 07 May 2026
82
21:16 / 07 May 2026
437
21:05 / 07 May 2026
104
20:54 / 07 May 2026
108
20:43 / 07 May 2026
99
20:40 / 07 May 2026
93
20:26 / 07 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.