Laboratoriyada insan böyrəyi yaradıldı - 60 saat fasiləsiz işləyir
07 May 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1342
30.04.2020, 04:40
Yeni dünya nizamında qida və kənd təsərrüfatı ən əhəmiyyətli yerə gələcək.
Bunu Birləşmiş Millətlər Təşkilatının Qida Haqqı üzrə xüsusi reportyoru, Kaliforniya Universitetinin professoru Elver qeyd edib.
Onun sözlərinə görə, hazırda dünyada 30 milyon insan təcili humanitar yardıma möhtacdır. Buna görə də koronavirus pandemiyası bitəndən sonra yeni dünya nizamında üstünlük qida və kənd təsərrüfatına veriləcək.
Ən kritik yerlər - Yəmən, Əfqanıstan və Cənubi Sudan
Koronavirus pandemiyası ilə birgə "2020 Qlobal Qida Böhranı Hesabatı”nın ciddi şəkildə dünya gündəminə oturduğunu vurğulayan Elver sənədin ilk 1-2 səhifəsində pandemiyadan əvvəl qıtlıqla bağlı proqnozların yazıldığını, pandemiyadan sonra bu rəqəmlərin 100% artacağı ehtimalı üzərində dayandığını bildirib: "Lakin bu, sadəcə ehtimaldır. Sənəddə qida böhranı məsələsində ən kritik ölkələrin Yəmən, Əfqanıstan, Cənubi Sudan, Şimali Nigeriya, Suriya, Venesuela, Zimbabve olduğu qeyd edilib. Buna əsasən, Afrika qitəsində 77 milyon, Yaxın Şərqdə 25 milyon insan qida böhranı ilə qarşılaşacaq.
Həmçinin oxuyun
Bu il 365 milyon insan qıtlığın sərhədində olacaq. 821 milyon nəfər isə hələ də xroniki aclıqdan əziyyət çəkir. Qida böhranı fenomeni qlobal şəkildə həll olunmamalıdır. Bu problemlə qarşılaşan ölkələr ya müharibədədir, ya da ciddi iqlim böhranında. Və ya iqtisadi embarqodan əziyyət çəkirlər. Bu ölkələrin öz imkanları ilə vəziyyəti düzəltmələri müzakirə mövzusu belə deyil. Dolayısı ilə humanitar yardım sisteminə müraciət etməliyik. Bu çərçivədə 30 milyon insana yardım etmək üçün 8 milyard dollara ehtiyac var”.
Aclıq pandemiyası
Professor bildirib ki, ABŞ, Çin, Rusiya kimi donor ölkələr təcili bu ölkələrə yardım etməlidir: "Ümumdünya Ərzaq Proqramının başındakı direktorun "İncil”də gördüyümüz qıtlığa bənzəyir və II Dünya müharibəsindən sonra belə bir şey görmədik” deməsi durumun nə qədər pis olduğunu göstərir”.
Ötən həftə yayımlanan "2020 Qlobal Qida Böhranı Hesabatı”na görə, dünyada 135 milyon insan kəskin qida etibarsızlığı ilə qarşı-qarşıyadır. Bu insanların yarısından çox Afrikada, 43 milyonu Yaxın Şərq və Asiyada, 18,5 milyonu Latın Amerikası, Karibdə yaşayır. Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisli 36 ölkənin qıtlıq epidemiyası təhlükəsində olduğunu bildirib./publika.az
00:53 / 08 May 2026
11
00:49 / 08 May 2026
29
00:47 / 08 May 2026
28
00:37 / 08 May 2026
34
00:31 / 08 May 2026
38
00:25 / 08 May 2026
31
23:52 / 07 May 2026
166
23:27 / 07 May 2026
167
23:07 / 07 May 2026
210
22:49 / 07 May 2026
163
22:46 / 07 May 2026
391
22:39 / 07 May 2026
211
22:33 / 07 May 2026
164
22:10 / 07 May 2026
185
21:54 / 07 May 2026
202
21:43 / 07 May 2026
194
21:29 / 07 May 2026
73
21:16 / 07 May 2026
385
21:05 / 07 May 2026
90
20:54 / 07 May 2026
94
20:43 / 07 May 2026
88
20:40 / 07 May 2026
79
20:26 / 07 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.