Göz qarşısında uçuşan qara nöqtələr hansı xəstəliyin əlaməti ola bilər?
20 Noyabr 2026, 15:48
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
757
01.03.2020, 22:45
Azərbaycanda koronavirusa yoluxma halının qeydə alınmasından sonra orta və ali təhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı cəmiyyətdə xeyli təkliflər səsləndirilir.
Oxu24.com musavat.com-a istinadən bildirir ki, Təhsil Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bu istiqamətdə görülən işlər barədə məlumat verib: “Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib.
Qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını və müvafiq qərarların təxirəsalınmadan qəbul edilməsini təmin edəcək. Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə koronavirus xəstəliyinin profilaktikası ilə bağlı məlumatların iş saatlarında dərhal nazirliyin müvafiq struktur bölmələrinə, qeyri-iş saatlarında Təhsil Nazirliyinin növbətçi əməkdaşına çatdırılması tapşırılıb”.
C.Valehov həmçinin bildirib ki, vətəndaşlar təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinə aid sorğularla bağlı Nazirliyin xüsusi hallar üçün nəzərdə tutulmuş 146-2 “Qaynar xətti”nə 24 saat ərzində müraciət edə bilərlər.
16:21 / 20 Noyabr 2026
1
16:20 / 20 Noyabr 2026
10
16:05 / 20 Noyabr 2026
35
15:58 / 20 Noyabr 2026
51
15:55 / 20 Noyabr 2026
54
15:48 / 20 Noyabr 2026
61
15:35 / 20 Noyabr 2026
64
15:25 / 20 Noyabr 2026
70
15:23 / 20 Noyabr 2026
75
15:19 / 20 Noyabr 2026
108
15:15 / 20 Noyabr 2026
87
15:07 / 20 Noyabr 2026
83
15:00 / 20 Noyabr 2026
108
14:54 / 20 Noyabr 2026
84
14:40 / 20 Noyabr 2026
924
14:34 / 20 Noyabr 2026
115
14:25 / 20 Noyabr 2026
108
14:10 / 20 Noyabr 2026
117
14:06 / 20 Noyabr 2026
125
14:05 / 20 Noyabr 2026
195
14:00 / 20 Noyabr 2026
104
13:59 / 20 Noyabr 2026
106
13:54 / 20 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.