Qaynar xətt:

(+99450) 247 90 86

Əli Əsədovdan MÜHÜM QƏRAR: Koronavirusla mübarizədə...

Əli Əsədovdan MÜHÜM QƏRAR: Koronavirusla mübarizədə...

TİBB

1051

14.02.2020, 21:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb.

Publika.az xəbər verir ki, bununça bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılacaq.

Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.