Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22572
az

Bitki və kərə yağını qarışdırmayın! - Bu xəstəlikləri yaradır

18:2111 Yanvar, 2020
584
TİBB
  • A

Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.

Həkim xəbərdarlıq edir ki, qidalanmada bitki (günəbaxan, qarşıdalı, zeytun) və kərə yağını qarışdırmaq qəti şəkildə olmaz.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, bu halda piylərin orqanizm tərəfindən mənimsənilməsi kəskin artır. Bu isə qanda xolesterinin səviyyəsini qaldırır, aterosklerozun inkişafını sürətləndirir.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, zəifləyir, kövrək olur. Bütün bu patoloji proseslər damarların partlaması və tam bağlanması riskini qat-qat artırır. Ateroskleroz bütün dünyada ürək xəstəlikləri, infarkt və insultun əsas səbəbidir.   

Həmçinin bitki və kərə yağlarının birlikdə istehlakı artıq çəki və piylənməyə səbəb olur.

Doktor Anşina yemək hazırlanması zamanı yağları qarışdırmamağı tövsiyə edir. Misal üçün, kartof və ya kotlet qızardanda bir çox qadınlar bunu bitki və kərə yağlarının qarışığında edir. Bu yolverilməzdir.

Həmçinin kardioloq qeyd edir ki, ayrı ayrılıqda kərə və bitki yağında hazırlanmış qidaları eyni qida qəbulu zamanı yemək olmaz. Məsələn, kərə yağında hazırlanmış sous və bitki yağı əlavə olunmuş salat eyni qida qəbulunda yeyilməməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş