Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106498
az

Göbələk xəstəlikləri

23:1918 Aprel, 2024
193
TİBB
  • A

Göbələk xəstəlikləri nədir?


Səthi göbələk xəstəlikləri dərinin səthində baş verən yoluxucu infeksiyalardır. Bu infeksiya kişilərdə dəridə, əllərdə, ayaqlarda, saçlarda, dırnaqlarda, cinsiyyət orqanlarında və saqqal hissəsində müşahidə oluna bilər. Dermatofit infeksiyaları dəri səthində baş verən ən çox yayılmış göbələk xəstəlikləridir. Dermatofitlər keratinləşdirilmiş toxumalara nüfuz edir. Bu səbəbdən dəri, saç və dırnaq kimi keratin toxumalarında xəstəliyə səbəb olurlar. 


Göbələk xəstəlikləri insanlardan, heyvanlardan və torpaqdan keçə bilər. Göbələk insanın həyat rahatlığını azaltmaqla yanaşı, estetik baxımdan da insanın həyatına mənfi təsir göstərə bilər.


Göbələk infeksiyasının əlamətləri nədir?


- Göbələk infeksiyası bədənin demək olar ki, hər hansı bir hissəsində yarana bilər. Ən çox görülən simptom qaşınmadır. 


- Dərinin səthinə təsir etdiyi hallarda - saç diblərində soyulma, qırmızı səpgilər və qabar; təsirlənmiş ərazidə saç tökülməsinə və keçəlliyə səbəb ola bilər. 


- Dırnaq göbələklərində - dırnaq altında ağ və sarı rəng dəyişikliyi, dırnaq qalınlaşması müşahidə olunur.


- Genital sahədə göbələklərin simptomlarına sidik ifrazı zamanı yanma və cinsi əlaqə zamanı ağrı daxildir.


- Ayaq göbələyinə isə ayaq barmaqları arasında qızartı və ayaqda pis qoxu daxildir.


Göbələk xəstəliklərinin səbəbələri nədir?


Rütubət göbələk xəstəliyinə səbəb ola biləcək ən önəmli amildir. Çox isti və rütubətli hava, bədən təmizliyinə fikir verməmək, həddindən artıq tərləmə və qurumamaq, dar və sintetik paltar seçmək göbələk üçün uyğun zəmin hazırlayır. 


Zəif bir immunitet sistemi də göbələk xəstəliklərinə tutulma riskini artırır. Kimyaterapiya və kortizon müalicəsi kimi immuniteti zəiflədən dərmanlar da göbələk yaradan səbəblər sırasındadır. 


Göbələk xəstəliklərinin yayılmasının qarşısının alınmasında ümumi və şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir. Kommunal sahələr lazımi gigiyenanı təmin etmək üçün davamlı olaraq dezinfeksiya edilməlidir. Bərbərlərin və gözəllik salonlarının, hovuzların yay aylarında mütəmadi olaraq dezinfeksiya edilməməsi göbələk infeksiyasının asanlıqla yayılmasına səbəb olur.


Göbələk xəstəliyi necə müalicə edilir?


Göbələk xəstəlikləri dəqiq diaqnoz qoyulduqdan sonra müalicə edilməlidir. Bu növ xəstəliklərin müalicə üsulu yarandığı bölgəyə görə dəyişir. 


Xəstəlik yoluxucu olduğundan gigiyenaya diqqət yetirilməlidir. Göbələk rütubətli mühitlərdə asanlıqla çoxala bildiyi üçün müalicə zamanı xəstələnin olduğu mühiti quru və təmiz saxlamaq lazımdır. Göbələyin xüsusiyyətlərinə görə antifungal dərmanlar, kremlər və losyonlar istifadə olunur. Dərmanların qeyri-kafi olduğu hallarda sistemli müalicələrə başlanır. Müalicə prosesinin mütəxəssis həkim tərəfindən idarə olunması mütləqdir.


Göbələk xəstəliyi yoluxucudurmu?


Göbələk çox yoluxucu bir infeksiyadır - insan, heyvan və torpaq ilə birbaşa təmasda və ya bu infeksiyanın mövcud olduğu materiallarla təmasda yarana,  kifayət qədər gigiyenik olmayan istənilən şəraitdə asanlıqla çoxala bilər.


Dırnaq göbələkləri yenidən təkrarlana bilər mi?


Müalicə uğurlu olsa belə, göbələk xəstəlikləri təkrarlana bilər. Dırnaq göbələklərinin təkrar əmələ gəlməsinin səbəbləri arasında qoca yaş, dırnaqların təkrar travması, ailədə dırnaq göbələklərinin olması, şəkərli diabet, siqaret çəkmə və damar xəstəlikləri daxildir.


Əl və ayaq dirnaqlari nə zaman yenilənir?


Ayaq dırnaqlarının göbələkdən qurtulması üçün 16-18 ay, əl dırnaqları üçün isə 4-6 ay keçməsi lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Quş sürüsü təyyarənin qarşısın kəsdi - VİDEO

18+

15 il əvvəl qızı zorlayan pedofil saxlanılıb +VİDEO
Rəisini belə dəfn edirlər  - Video yayıldı
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Göyçayda çay evinin sahibi niyə öldürülüb?