Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110093
az

Müəllimlərə qoyun deyən məktəb direktoru işdən çıxarılıb - RƏSMİ

19:4127 May, 2024
2162
CƏMİYYƏT
  • A

15 və 22 may tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb və yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar və dərnək məşğələlərinin təşkili və tədrisi, məktəb sənədlərinin işlənilməsi, dərslərin əvəzolunması, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

 

İdarədən Oxu24.com-a verilən xəbərə görə, həmçinin yoxlama zamanı müəssisədə normal psixoloji mühitin olmadığı, valideynlər və kollektivlə işin düzgün qurulmadığı da məlum olub.

 

Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Həmidova Aysel Mübariz qızı 27 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib:

 

“Əlavə olaraq bildiririk ki, qeyd olunan məsələyə müvafiq hüquqi qiymət verilməsi ilə bağlı yoxlama materiallarının aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsi təmin olunub.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”.

Qeyd edək ki,sözügedən kəndin sakinləri Oxu24.com saytına müraciət edərək aidiyyatı qurumlardan kömək istəmişdi. Yerli sakinlərin bildirdiyinə görə direktor məktəbdə müəllimlərə qoyun deyərək onları təhqir edibmiş. Sözügedən yazını linkdən oxuya bilərsiniz.

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Telegram-da yeni funksiyalar var
Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
Kürmükçaydan sel keçir

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ