Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110267
az

ABŞ Gürcüstanı HƏDƏLƏDİ

09:2529 May, 2024
64
SİYASƏT
  • A

Amerika hakimiyyəti hesab edir ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ölkənin Avropaya inteqrasiyasına mane olacaq.

OXU24.COM xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ bu addımı pisləyir. Millerin fikrincə, sənədin qəbulu Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb. O, hakim “Gürcü arzusu” partiyasının “gürcü xalqının Avro-Atlantik istəklərinə” məhəl qoymadığını vurğulayıb.

O qeyd edib ki, bütün bu hərəkətlər ABŞ və Gürcüstan arasında münasibətləri təhlükə altına qoyur.

O xatırladıb ki, ABŞ dövlət katibi Antoni Blinken “Gürcüstanda demokratik prosedurlara və institutlara xələl gətirənlərə” qarşı viza məhdudiyyətləri tətbiq etmək niyyətindədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada terror aktları: 23 yaralı, 6 ölü
Putin Türkiyənin BRİKS-ə qoşulmaq istəyinə CAVAB VERDİ
Putinin Şimali Koreya səfərinin gizlinləri: B planı işə düşdü