Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106171
az

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

16:3614 Aprel, 2024
349
TİBB
  • A

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir.

OXU24.COM xəbər verir ki, yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:

Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipik mikroflora arasındakı tarazlıq pozulur. Disbakterioz əsasən, nazik və yoğun bağırsaqda aşkarlanır. Nazik bağırsaqda disbakterioz sərbəst yox, hansısa bir xəstəlikdən sonra meydana gəlir. Yoğun bağırsağın disbakteriozu isə normal mikrofloranın müxtəlif səbəblərindən (orqanizmin müdafiə qüvvəsinin zəifləməsi, həzm traktı xəstəlikləri, qeyri-düzgün qidalanma) baş verə bilər. Yaranmasına antibiotiklər, hormonal dərmanlar, antidepressantlar, konservləşdirilmiş ərzaqlar, keyfiyyətsiz ət səbəb olur. Əlamətləri isə bunlardır: ishal, steatoreya, çəkinin günü-gündən azalması, anemiya, iştahasızlıq, qarında köp, ağızda xoşagəlməz dad, ürəkbulanma, saçların tökülməsi və aqressivlik. Bu xəstələrə spirtli içki qəti qadağandır. Xroniki stres faktorlarından uzaq olmaq lazımdır. Qidalanma rejiminə nəzarət edilməlidir. Süd məhsullarının qəbulu məsləhət görülür. Antibiotik və digər infeksiyaəleyhinə preparatlar qəbul edilməlidir. Disbakterioz zamanı yeməkdən sonra çay və ya kofe içmək olmaz. Qətiyyən duza qoyulmuş tərəvəzlər yemə. Çalışın, qızartma yeməklərdən uzaq olun.

Adenovirus infeksiyası: Tənəffüs yolları, gözlər, limfoid toxuma, həzm traktının zədələnməsi ilə müşayiət olunan kəskin virus infeksiyasıdır. Xəstəliyin əlamətlərinə mülayim intoksikasiya, hərarət, rinoreya, səsi batıqlıq, konyunktivanın hiperemiyası, gözlərdən selikli ifrazat, bağırsaq funksiyalarının pozulması aiddir. Yazda daha çox uşaqlarda rast gəlinir. Bu cür insanlarla təmasdan qaçın, çünki yoluxa bilərsiniz. 

Lejyoner xəstəliyi: Ən çox isti havada rast gəlinən infeksiya növüdür. Ciddi bir ağciyər infeksiyasıdır. Əsasən kondisioner altında çox oturmaqdan yaranır. Soyuq su içmək xəstəliyi daha da alovlandırır. Qripi xatırladan xəstəlik özünü ən çox qızdırma, halsızlıq və yorğunluq, öskürək, bəlğəm, dərin və xırıltılı nəfəsalma, əzələ ağrıları ilə göstərir. Çalışın kondisioner altında çox oturmayasınız. Suyu qaynatmadan içməyin. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Yuxuda at görmək, nə anlama gəlir? - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
Salyanda məktəbli intihar etdi