Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110255
az

Qulaq çöpündən istifadənlərin diqqətinə

23:4628 May, 2024
195
MANŞET
  • A

Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər.

OXU24.COM xəbər verir ki, bu barədə Türkiyənin Bursa Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasının qulaq, burun, boğaz mütəxəssisi, professor Hakkı Caner İnan məlumat verib.

Professor H.Caner bildirib ki, çimdikdən sonra qulaq infeksiyasına səbəb ola biləcək təmizləyici çöplərdən istifadə etmək əvəzinə xarici qulaq kanalını nazik bir parça ilə silmək daha yaxşı olar: "Bəzi insanlarda müxtəlif səbəblərdən serumen yığıla bilər. Bu, qulaq kirinə səbəb olur. Sağlam bir qulaq pərdəsi əslində qulaq kirini çölə çıxarır. Biz bunu görə bilərik, nazik dəsmal və ya parça ilə silməliyik.

Serumen qulaq kanalını nəmli və sürüşkən saxlayan və qulağı xarici təhlükələrdən qoruyan ifrazatdır".

Professor diqqətə çatdırıb ki, pambıq ucluqlu çöplə təmizlənmə qulaq kirinin idarə olunmadan içəriyə itələnməsinə və hətta qulaq pərdəsinə yapışmasına səbəb olur:

"Qulaq çubuğu insanlar tərəfindən istifadə edilmək üçün ən yaxşı və əlverişli bir alətdir. İnsanlar bundan istifadə edərək qulaq kirini asanlıqla təmizləmiş hesab edirlər. Ancaq bu, belə deyil. Bəzi hallarda diqqətsiz istifadə edilərsə və ya təmizləyərkən kimsə qolunuza dəydikdə, həmin qulaq çubuğunun içəriyə getməsi nəticəsində qulaq pərdəsində dəliklər yaranar. Bundan sonra isə dəridə kiçik sıyrıqlar meydana gələr, qulaq infeksiyası yarana bilər. 2-3 gün ərzində şiddətli ağrılar baş verər.

Bununla bağlı müalicə isə bəzən 1 aydan çox davam edə bilər. Bu səbəbdən qulaq kirinin çöp ilə təmizləməməli, qulaqda hər hansı tıxanma hiss olunursa həkimə müraciət edilməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampdan ŞOK TƏKLİF: Avropa bu ölkəyə qoşun yeritsin
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - Foto
Qubada ağır qəza: yaralılar var

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu