Qaynar xətt:

(+99450) 247 90 86

Qocalmanı gecikdirən, qırışları yox edən MÖCÜZƏVİ YAĞ

TİBB

1803

27.03.2018, 15:05

\"\" Son zamanlar saç baxımında çox istifadə edilən arqan yağı həm də bir çox xəstəliyin müalicəsində də yararlı sayılır.   Hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur. Qocalma prosesini gecikdirən arqan yağının bu xüsusiyyəti tərkibində olan E vitamini ilə əlaqələndirilir. Milli.Az ailem.az-a istinadən arqan yağının faydalarını sadalayır: - Qanda xolesterol və triqliserid səviyyəsini aşağı salır. - Ürək-damar xəstəliklərini və xərçəng riskini azaldır. - Revmatizm ağrılarını götürür. - Hamiləlikdə yaranan qarın çatlarının qarşısını alır. - Döş sallanmasını və boyun qırışlarını yox edir. - Saçları nəmləndirir. - Sədəf, eqzema kimi dəridə qızartı, səpmə, qaşıntı ilə müşahidə olunan dəri problemlərinə qarşı nəmləndirici və sakitləşdirici olaraq istifadə edilir. - Yaraların tez sağalmasına kömək edir. oxu24.com