Xroniki stress beynin fəaliyyətinə necə təsir edir? – Nevroloqdan AÇIQLAMA
04 Noyabr 2026, 16:58
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
281
04.09.2026, 16:10
Baş gicəllənməsi gündəlik həyatda bir çox insanın qarşılaşdığı şikayətlərdən biridir. Yorğunluq, təzyiq dəyişiklikləri və daxili qulaq problemləri ilə əlaqələndirilən bu hal bəzi hallarda daha ciddi səbəblərdən də qaynaqlana bilər.
Oxu24.com xəbər verir ki,xüsusilə qəfil başlayan və uzun müddət davam edən başgicəllənmə insultun, o cümlədən beynin arxa hissəsində baş verən insultun əlamətlərindən biri ola bilər. Belə hallarda qol və ayaqda keyimə, zəiflik və nitq pozğunluğu kimi klassik simptomlar hər zaman müşahidə olunmaya bilər.
Arxa beyin, beyincik və beyin kötüyü nahiyəsində baş verən damar problemləri zamanı xəstədə qəfil başgicəllənmə, tarazlığın itirilməsi və ayaqüstə dayanmaqda çətinlik yarana bilər. İnsan sanki yerin sürüşdüyünü və ya ətrafın fırlandığını hiss edə bilər.
Adi başgicəllənmə ilə insultla əlaqəli başgicəllənməni ayırd etmək isə olduqca vacibdir. Qəfil başlayan, saniyələrlə deyil, uzun müddət davam edən və xüsusilə tarazlıq pozğunluğu ilə müşayiət olunan başgicəllənmə diqqətdən kənarda saxlanılmamalıdır.
Bəzi hallarda başın hərəkəti ilə dəyişməyən və davamlı xarakter daşıyan başgicəllənmə də ciddi nevroloji problemin göstəricisi ola bilər. Üstəlik, insult zamanı xəstədə baş ağrısı və ya yüksək arterial təzyiq mütləq müşahidə olunmaya bilər.
Hansı əlamətlər təhlükə siqnalıdır?
Baş gicəllənməsi ilə yanaşı aşağıdakı simptomlardan hər hansı biri müşahidə olunarsa, vəziyyət təcili tibbi qiymətləndirmə tələb edir:
•İkiqat görmə;
•Nitqin yavaşlaması və ya pozulması;
•Sözləri düzgün ifadə edə bilməmək;
•Dilin dolaşması;
•Udqunmaqda çətinlik;
•Tarazlıq və koordinasiyanın pozulması;
•Ayaqüstə dayanmaqda və yeriməkdə çətinlik.
Bu cür əlamətlər zamanı simptomların öz-özünə keçməsini gözləmək təhlükəli ola bilər. İnsult zamanı vaxtında tibbi yardım göstərilməsi müalicənin nəticəsinə və xəstənin sonrakı vəziyyətinə ciddi təsir göstərə bilər.
Qəfil başlayan və xüsusilə digər nevroloji əlamətlərlə müşayiət olunan başgicəllənmə zamanı təcili tibbi yardıma müraciət etmək vacibdir.
Jalə
19:32 / 04 Noyabr 2026
1
19:29 / 04 Noyabr 2026
30
19:25 / 04 Noyabr 2026
31
19:18 / 04 Noyabr 2026
304
19:17 / 04 Noyabr 2026
29
19:00 / 04 Noyabr 2026
47
18:41 / 04 Noyabr 2026
480
18:41 / 04 Noyabr 2026
71
18:37 / 04 Noyabr 2026
123
18:35 / 04 Noyabr 2026
107
18:35 / 04 Noyabr 2026
2574
18:27 / 04 Noyabr 2026
87
18:21 / 04 Noyabr 2026
90
18:15 / 04 Noyabr 2026
76
18:14 / 04 Noyabr 2026
86
17:40 / 04 Noyabr 2026
99
17:13 / 04 Noyabr 2026
896
17:12 / 04 Noyabr 2026
123
17:02 / 04 Noyabr 2026
259
16:58 / 04 Noyabr 2026
96
16:54 / 04 Noyabr 2026
205
16:49 / 04 Noyabr 2026
103
16:34 / 04 Noyabr 2026
498
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.